Atakamit — mineral, Cu2(OH)3Cl
Haqqında Atakamit - Rombik. Habitus. Nazik prizmatik və lövhəvari, bəzən psevdooktaedrik. Ayrılma{010} üzrə mükəmməl, {101} üzrə orta. Aqreqat: qarışıq-kristallik, lifli, dənəvər, sıx, qum şəklində. Rəngi parlaq-yaşıl, tünd zümrüdü-yaşıl, qaramtıl-yaşıl. Parıltısı almazıdan şüşəliyədək. Sərtliyi 3-3,5. Xüsusi çəkisi 3,78. Quraqlıq rayonlarda mis yataqlarının oksidləşmə zonasında rast gəlir.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xarici keçidlər
Kateqoriya:Halogenidlər (minerallar) Kateqoriya:Misin (II) mineralları Kateqoriya:Rombik sinqoniya mineralları Kateqoriya:Hidrooksidlər (minerallar)