Qırışıqlı dağlar (, ) — inkişafının ilk mərhələlərində əsas oroqrafik elementləri plikativ dislokasiyalarla əmələ gələn, müxtəlif yaşlı tektonik dağlar. Q.d. aşağıdakı növləri vardır: 1) qırışıq strukturları relyefdə əks olunan epigeosinklinal Q. d. (Qafqaz, Alp və s.); 2) platformaların qırışıqlı özülünün dislokasiyaya uğraması nəticəsində əmələ gələn Q. d.. Onların oroqrafik ünsürləri adətən tektonikaya uyğun gəlir (Tyan-Şan, Altay və s.).
Həmçinin bax Osovlar Ossillyasion-fərziyyə Ovalıq
İstinadlar
Kateqoriya:Geomorfoloji terminlər