Abbarik — İranın Qəzvin ostanında kənd.

Coğrafi yerləşməsi Buyinzəhra şəhristanının Buyin bölgəsinin Zəhra kəndistanında, Buyin qəsəbəsindən 12 km cənub-şərqdə, dağ ətəyindədir.

Əhalisi 2016-cı ilin məlumatına görə kənddə 319 nəfər (93 ailə) yaşayır.

Milli tərkibi Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.

İqtisadiyyat Burada yaşayanların böyük çoxluğu əkinçilik, davar saxlamaq və bağçılıqla dolanır. Abbarik kəndi bölgədə öz yetişdirdiyi püstəsi ilə də seçilir.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə kəndlər Kateqoriya:Qəzvin ostanının kəndləri Kateqoriya:Buyinzəhra şəhristanının yaşayış məntəqələri