Hadisələr 7 yanvar - London və Nyu-York arasında ilk birbaşa qitələrarası telefon danışığının baş tutması. 29 yanvar - Almaniyada Vilhelm Marksın kansler təyin edilməsi ilə hökumət böhranına son qoyulması. 30 yanvar - Şattendorfda (Avstriya) fəhlə nümayişçilərlə Avstriya nasional sosialistləri arasında qanlı toqquşmaların baş verməsi. 31 yanvar - Almaniya üzərində müttəfiqlərin hərbi nəzarət müddətinin başa çatması. 3 fevral - Portuqaliyada general Karmonun hərbi diktaturasına qarşı inqilabi çıxışların baş verməsi. 21-23 mart - Çində Nankinin Homindanın silahlı birləşmələri tərəfindən işğal edilməsi. 24 mart - ABŞ və Böyük Britaniya hərbi gəmiləri tərəfindən Nankinin atəşə tutulması. 5 aprel - İtaliya ilə Macarıstan arasında dostluq haqqında müqavilənin imzalanması. 15 aprel - SSRİ ilə İsveçrə arasında diplomatik münasibətlərin bərpa edilməsi. 18 aprel - Nankində Çan Kayşi tərəfindən Milli hökumətin təşkili. 11 may - İngiltərədə Ali Məhkəmə tərəfindən tətil haqqında qanun qəbul edilməsi. 27 may: Çexoslovakiyada Tomaş Masarikin yenidən ölkənin prezidenti seçilməsi. Yaponiya tərəfindən Çin Milli-inqilabi ordusunun Pekinə doğru hərəkətinə mane olmaq üçün Şandun yarımadasına qoşun göndərilməsi. 3 iyun - Yunanıstanda yeni Konstitusiyanın qəbul edilməsi. 4 iyul - Bandunqda Sukarno tərəfindən İndoneziya Milli partiyasının təsis edilməsi. 27 iyul: SSRİ-də Sosialist Əməyi Qəhrəmanı adının təsis edilməsi. Belçika və Portuqaliya arasında Konqoda sərhədlər haqqında razılığın əldə edilməsi. 1 avqust - SSRİ-də Leninqrad vilayətinin təşkil olunması. 22 avqust -Macarıstandan müttəfiq qoşunlarının çıxarılması. 18 mart - V Ümumazərbaycan sovetlər qurultayında sovet Azərbaycanının ikinci Konstitusiyasının qəbul edilməsi. 12-18 noyabr - Azərbaycan K(b)P VIII qurultayının keçirilməsi.

Doğumlar 17 yanvar – Donald Erb, amerikalı bəstəkar 28 may – Habil Əliyev, Azərbaycanın məşhur kamança ifaçısı 30 iyun - Sleim Ammar, tunisli psixiatr və psixoloq və şair 4 iyul – Cina Lollobricida, İtaliya aktrisası 24 avqust – Harri Markovits, amerikalı iqtisadçı 13 oktyabr - Turqut Özal, Türkiyə Respublikasının 8-ci prezidenti 18 noyabr – Eldar Ryazanov, Rusiya və Sovet kinorejissoru 25 dekabr – Ram Narayan, hind musiqiçisi

Ölümlər 5 yanvar- Süleyman Nazif, türk şair 5 fevral — İnayət Xan