Maksim Adamoviç Boqdanoviç (, 9 dekabr 1891, Minsk — 25 may 1917, Yalta) — Belarus şairi, publisisti, ədəbi tənqidçisi və tərcüməçisi. Maksim Boqdanoviç Belarus ədəbiyyatının qurucularından biri sayılır.Максім Багдановіч . Belarus Arxivi
Bioqrafiya Maksim Adamoviç Boqdanoviç 9 dekabr 1891 tarixində Minsk şəhərində, əhəmiyyətli Belarus etnoqrafı olan Adam Boqdanoviçin ailəsində anadan olmuşdur. 1892-ci ildə ailəsi ilə birlikdə Qrodno şəhərinə köçdü. Çox vaxt keçmədən şairin anası Mariya vərəm xəstəliyindən vəfat etmişdir.Boqdanoviç А. Е. Материалы к биографии Максима Адамовича Богдановича // Шлях паэта. Успаміны і біяграфічныя матэрыялы пра Максіма Багдановіча. — Мн.: Маст. літ., 1975. 1896-cı ildə Adam Baqdanoviç uşaqları ilə birlikdə Nijni Novqorod şəhərinə köçdü. Bu vaxt ərzində Maksim, Belarus dilində olan ilk şeirlərini yazmışdır. 1902-ci ildə Boqdanoviç bir gimnaziya məktəbinə qəbul edilmişdir.Выдатны дзеяч беларускай культуры Браніслаў Эпімах-Шыпіла . Belarus Arxivi 1905-ci il inqilabı zamanı onun komilitodları tərəfindən təşkil edilən tətillərin fəal iştirakçısı idi. 1907-ci ildə Boqdanoviçin ilk romanı olan Muzıka-nı (, ) ehtiva edən Naşa Niva nəşr olunmuşdur. 1908-ci ilin iyun ayında şairin ailəsi Yaroslavl şəhərinə köçdü. 1911-ci ildə məktəbi bitirdikdən sonra Boqdanoviç Belorusiyanın İntibah dövrünün əhəmiyyətli şəxsləri ilə görüşmək üçün Belarusa getdi. Bu şəxslər arasında Vaslau Lastouski, İvan Lukiyeviç və Anton Luçiyeviç var idi. Həmən il Boqdanoviç Yaroslavl şəhərində yerləşən bir liseydə hüquq öyrənməyə başladı. Araşdırmalar zamanı Boqdanoviç bir qəzetdə çalışmış, ədəbiyyatın çoxsaylı əsərlərini yazmışdır. Bu əsərlər həm Belorusiyada, həm də Rusiyada aktiv olaraq nəşr olunmuşdur. 1914-cü ilin əvvəllərində Vilnada yeganə şeirlər kitabı olan Vianok () nəşr olunmuşdur. 1916-cı ilin yazında, Maksim Boqdanoviç Minsk şəhərinə köçmüş və orada yerli quberniya idarəsində işləmişdir. 1917-ci ilin fevral ayında Boqdanoviç vərəm xəstəliyinə bir müalicə üçün Krıma getdi. Müalicə uğursuz olmuşdu. Bunun nəticəsində, Maksim Adamoviç Boqdanoviç 25 may 1917 tarixində, 25 yaşında, Yalta şəhərində vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər Works of Maksim Bahdanovich at the Belaruskaia Palichka Maksim Bahdanovič Literary Museum Maksim Bahdanovich's poems translated into German Works by Maksim Bahdanovič at LibriVox (public domain audiobooks)
Kateqoriya:Minskdə doğulanlar Kateqoriya:Yaltada vəfat edənlər Kateqoriya:Belarus yazıçıları Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Belarus şairləri Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Rus dilindən tərcümə edənlər