Litva Böyük Hersoqluğunun gerbi, da adlandırılır Poqonya (, , ) — Böyük Litva knyazlığının, eləcə də XIV əsrin sonlarından sülalənin süqutuna qədər Gediminlər sülaləsinin gerbi. Gerb həmçinin, 1918–1940-cı illər arasında Litvanın, 1918-ci ildə Belarus Xalq Demokratik Respublikasının və 1991–1995-ci illər arasında Belarus Respublikasının rəsmi gerbi olmuşdur. Poqonya hal-hazırda Litvanın dövlət gerbidir

14 may 2017 tarixində Poqonya Belarusun mədəni irsi elan edilmişdir.

Paqonya Belarusda

Böyük Litva knyazlığında 1366-cı ildən Belarus Xalq Respublikasında 1919-cu ilə qədər Poqonya adlanan qırmızı zəmin üzərində ağ atlı əsgər fiquru, Belarus torpaqlarında suverenlik quran müxtəlif dövlətlərdə rəsmi dövlət gerbi olaraq istifadə edilmişdir. Gerb, Böyük Litva knyazlığı 1795-ci ildə Rusiya imperiyası tərəfindən ihlaq edildikdən sonra da qismən olaraq istifadə edilməyə dəvam edildi. Əslən "Vytis" adında bir Litva rəmzi olan fiqur, böyük knyazlıq dövründə belaruslar tərəfindən öz slavyan rəmzləri olaraq da qəbul edildi. Belarus milliyətçiləri, Böyük Litva knyazlığındakı elitlərin böyük seqmentinin belaruslardan ibarət olduğu, bu səbəblə də gerbin belaruslara aid olduğu tezisini irəli sürmüşdür. Bu tezisə dayaq olaraq Böyük Litva knyazlığında Belarus dilində yazılmış qanunlar göstərilmişdir. 1916-cı ildə Maksim Baqdanoviç "Paqonya" adlı milliyətçi şeirində Belarusun müstəqilliyinini qorumuşdur. Bu görüş istiqamətində 1918-ci ildə qurulan qısa ömürlü Belarus Xalq Respublikası da bu gerbdən istifadə etmişdir.

İstinadlar

Xarici keçidlər

The comparison of symbols of Lithuania and the Muscovite Ruthenia National Symbols In Belarus: The Past And Present

Kateqoriya:Gerblər Kateqoriya:Belarus gerbləri Kateqoriya:Belarusun mədəni irsi Kateqoriya:Belarusun dövlət rəmzləri Kateqoriya:Böyük Litva knyazlığı Kateqoriya:Dövlət gerbləri