Nikolay Fyodoroviç Gikalo (; ) — sovet dövlət və partiya xadimi, 1917-ci ildən kommunist partiyasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1929–1930).

Həyatı Nikolay Gikalo 1915-ci ildə Tiflis hərbi-feldşer məktəbini bitirib. I Dünya Müharibəsində iştirak edib, Georgi xaçı ilə təltif olunub. 1918–1927-ci illərdə Qafqazda partiya işində çalışıb. 1927–1928-ci illərdə ÜKP (b) MK-nın Orta Asiya bürosunun üzvü olub. 1929–1930-cu illərdə Özbəkistan KP (b) MK-nın katibi, 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifələrində çalışıb. 1930–1931-ci illərdə ÜKP (b) MK-nın təşkilati təqsim sədrinin müavini, 1932-ci il yanvarın 29-dan 1937-ci il martın 18-nə qədər Belorusiya KP (b) MK-nın I katibi olub. 1937-ci ildən Ukrayna KP (b)-nin Xarkov vilayət komitəsinin I katibi vəzifəsini tutub. 1937-ci il oktyabrın 11-də həbs edilib. 1938-ci il aprelin 25-də SSRİ Ali Məhkəməsinin Matuleviç, Zaryan və Jdandan ibarət Hərbi Kollegiyası onun haqqında ölüm hökmü çıxarıb.. Güllələnib. 1955-ci il sentyabrın 2-də SovİKP MK-nın qərarı ilə ölümündən sonra bəraət alıb.

Lenin ordeninə və Qırmızı Bayraq ordeninə layiq görülüb.

İstinadlar

Kateqoriya:Özbəkistan SSR rəhbərləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Edam olunmuş ukraynalılar Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:ÜİK(b)P-nin XVII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Sov.İKP-nin Mərkəzi Təftiş Komissiyasının üzvləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Ukrayna şəxsləri Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar) Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar