Abxaziya, rəsmi adı ilə Abxaziya Respublikası — Cənubi Qafqazda, Qara dənizin şərq sahilində, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində qismən tanınan dövlət. 8.665 kvadrat kilometr (3.346 kvadrat mil) ərazini əhatə edir və təxminən 245.000 əhalisi var. Paytaxtı və ən böyük şəhəri Suxumidir.

Abxaziyanın siyasi statusu Abxaz-Gürcüstan münaqişəsinin və Gürcüstan-Rusiya münasibətlərinin mərkəzi məsələsidir. Abxaziya Rusiya, Venesuela, Nikaraqua və Suriya tərəfindən müstəqil dövlət kimi tanınsa da, Gürcüstan hökuməti və demək olar ki, bütün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər Abxaziyanı Gürcüstanın suveren ərazisi hesab edirlər.Olga Oliker, Thomas S. Szayna. Faultlines of Conflict in Central Asia and the South Caucasus: Implications for the U.S. Army. Rand Corporation, 2003, .Emmanuel Karagiannis. Energy and Security in the Caucasus. Routledge, 2002. . Abxaziya ərazisi üzərində effektiv nəzarəti olmayan Gürcüstan mühacirətdə olan Abxaziya hökumətini saxlayır.

1980-ci illərin sonlarında SSRİ dağılmağa başlayanda bölgə Gürcüstan SSR-in tərkibində muxtariyyətə malik idi. Bölgənin titullu etnik mənsubiyyəti olan abxazlarla o dövrün ən böyük tək etnik qrup olan gürcülər arasında qaynayan etnik gərginlik 1992-1993-cü illərdə Gürcüstanın Abxaziyanın əksər hissəsi üzərində nəzarəti itirməsi və Abxaziyadan gürcülərin etnik təmizlənməsi ilə nəticələnən Abxaziya müharibəsi ilə yekunlaşdı.

1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına və illərdir davam edən danışıqlara baxmayaraq, mübahisə hələ də həll olunmamış qalır. BMT-nin Müşahidə Missiyasının və Rusiyanın rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinin sülhməramlı qüvvələrinin uzunmüddətli mövcudluğu bir neçə dəfə zorakılığın alovlanmasının qarşısını ala bilmədi. 2008-ci ilin avqustunda abxaz və rus qüvvələri Gürcüstan qüvvələrinə qarşı müharibə apardılar və bu, Abxaziyanın Rusiya tərəfindən rəsmi tanınmasına, 1994-cü ildə imzalanmış atəşkəs sazişinin ləğvinə və BMT missiyasının dayandırılmasına səbəb oldu. 28 avqust 2008-ci ildə Gürcüstan parlamenti Abxaziyanı Rusiyanın işğalı altında olan ərazi elan etdi və bu mövqe BMT-yə üzv olan dövlətlərin əksəriyyəti tərəfindən paylaşıldı.

Etimologiya Abxaziyada yerli sakinlər öz vətənlərini () adlandırırlar. Bu, xalq arasında "ruhun ölkəsi/yurdu" kimi etimologiya edilir, lakin hərfi mənada "fanilər (ölümlülər) ölkəsi" deməkdir. Çox güman ki, ilk dəfə VII əsrdə erməni mətnində Psin(oun) kimi görünüb, bu ola bilsin ki, qədim apsillərə istinad edir. "Apxazeti" ifadəsinə ilk dəfə gürcü salnaməsində rast gəlinmişdir. Meqrel mənşəli "Apxa" arxa və ya çiyin mənasını verən Abxaziya adının yaranmasına səbəb olmuşdur. Bu ad Gürcüstan çarlığının tərkibində Abasgiya və bütün Qərbi Gürcüstanı ifadə etmək üçün istifadə edilmişdir. İlkin müsəlman mənbələrində "Abxaziya" ifadəsi ümumiyyətlə Gürcüstan mənasında işlədilirdi.Prof. Lordkipanidze M. The Abkhazians and AbkhaziaFor all practical purposes the term Abkhdz or Afkhdz, in early Muslim sources covers Georgia and Georgians . Barthold, Wasil & Minorsky, Vladimir, "Abkhaz", in The Encyclopaedia of Islam, Vol. 1, 1960. Rus dilində olan () gürcü dilində olan () sözündən uyğunlaşdırılmışdır. Abxaziyanın əksər dillərdə adı birbaşa rus dilindən götürülüb.

Tarixi

Qədim dövr Eramızdan əvvəl IX-VI əsrlər arasında müasir Abxaziya ərazisi qədim Gürcüstan krallığı Kolxidanın bir hissəsi idi.... Təxminən eramızdan əvvəl VI əsrdə yunanlar indiki Abxaziyanın Qara dəniz sahillərində, xüsusən Pitiunt və Dioskuriyada ticarət koloniyaları yaratdılar.

Klassik müəlliflər bölgədə yaşayan müxtəlif xalqları və onların danışdıqları çoxlu dilləri təsvir edirdilər.Graham Smith, Edward A. Allworth, Vivien A. Law et al., pages 56–58; Abkhaz by W. Barthold V. Minorsky in the Encyclopaedia of Islam. Arrian, Plini və Strabon Qara dənizin şərq sahilində, müasir Abxaziya ərazisində Abazq və MuşkiStrabo, in agreement with Stephan of Byzantium quoting Hellanicus xalqları haqqında məlumat vermişlər. Bu bölgə sonradan eramızdan əvvəl 63-cü ildə Lazika krallığının tərkibinə qatıldı...

Roma və Bizans imperiyalarının tərkibində Roma imperiyası eramızın I əsrində Lazikanı fəth etd; buna baxmayaraq romalılar Abxaziyanın hinterlandında çox az nəzarət edirdilər. Arriana görə, Abazq və Apsil xalqları nominal Roma təbəələri idilər və Dioskuriyada kiçik bir Roma zastavası var idi. IV əsrdən sonra Lazika müəyyən qədər müstəqillik qazandı, lakin Bizans imperiyasının təsir dairəsində qaldı. Anakopiya knyazlığın paytaxtı idi. Ölkə əsasən xristian idi, arxiyepiskop yeri Pityusda idi.Annuario Pontificio 2013 (Libreria Editrice Vaticana, 2013, ), p. 975 Abxaziya bölgəsinin əhalisinin xristianlığı qəbul etdiyi dəqiq vaxt müəyyən edilməsə də, məlumdur ki, Pityus mitropoliti Stratofil 325-ci ildə Birinci Nikeya Kilsə Məclisində iştirak etmişdir. Şərq ənənəsinə görə, Kənanlı Simon Abxaziyaya missioner səfərinə gələrək orada öldü və Nikopsiyada dəfn edildi.

Təxminən eramızın VI əsrinin ortalarında bizanslılar və qonşu Sasanilər Abxaziya üzərində hökmranlıq uğrunda 20 il mübarizə apardılar, bu münaqişə tarixdə Lazika müharibəsi kimi yadda qaldı. 550-ci ildə Lazika müharibəsi zamanı abazqlar Şərqi Roma (Bizans) imperiyasına qarşı üsyana qalxaraq Sasanilərə kğmək üçün müraciət etdilər. Buna baxmayaraq, general Bessas isə abazqların üsyanını yatırtdı.

II Mərvanın başçılıq etdiyi ərəblərin Abazgiyaya hücumu 736-cı ildə knyaz I Leon tərəfindən laz və iber müttəfiqləri ilə birlikdə dəf edildi. Daha sonra I Leon Mirianın qızı və varisi ilə evləndi, II Leon 770-ci illərdə Lazikanı əldə etmək üçün bu sülalə birliyindən istifadə etdi. Ehtimal ki, Lazikanın (gürcü mənbələrində Eqrisi) varisi hesab edilən bu yeni dövlət bəzi müasir gürcü və erməni salnamələrində (məsələn, Leonti Mrovelinin "Gürcü krallarının tərcümeyi-halı" və Ovanes Drasxanakertsinin "Ermənistan tarixi") Eqrisi kimi xatırlanmağa davam etmişdir.

Gürcüstan sferasında thumb|Gürcüstan çarlığı Ərəb xilafətinə qarşı uğurlu müdafiə və şərqdə yeni ərazi qazanmaları Abazq şahzadələrinə Bizans imperiyasından daha çox muxtariyyət tələb etmək üçün kifayət qədər güc verdi. Təxminən 778-ci ilə yaxın knyaz II Leon xəzərlərin köməyi ilə Bizans imperiyasından müstəqilliyini elan etdi və iqamətgahını Kutaisiyə köçürdü. Bu dövrdə gürcü dili savad və mədəniyyət dili kimi yunan dilini əvəz etdi.Alexei Zverev, Ethnic Conflicts in the Caucasus; Graham Smith, Edward A Allworth, Vivien A Law et al., pages 56–58; Abkhaz by W. Barthold [V. Minorsky] in the Encyclopaedia of Islam; The Georgian-Abkhaz State (summary), by George Anchabadze, in: Paul Garb, Arda Inal-Ipa, Paata Zakareishvili, editors, Aspects of the Georgian-Abkhaz Conflict: Cultural Continuity in the Context of Statebuilding, Volume 5, 26–28 August 2000.

Qərbi Gürcüstan Abxaziya çarlığı 850-950-ci illər arasında çiçəkləndi və bu, Abxaziya və Şərqi Gürcü dövlətlərinin X əsrin sonu və XI əsrin əvvəllərində kral III Baqratın idarə etdiyi vahid gürcü monarxiyası altında birləşməsi ilə başa çatdı.

XII əsrdə kral IV David Otaqonu Abxaziyanın eristavisi təyin etdi və o, sonralar Şervaşidze sülaləsinin (həmçinin Çaçba kimi tanınır) banisi oldu.

1240-cı illərdə monqollar Gürcüstanı səkkiz hərbi-inzibati sektora (tümənlərə) böldülər. Müasir Abxaziyanın ərazisi Tsotne Dadianinin idarə etdiyi tümənin bir hissəsini təşkil edirdi.

Osmanlı hökmranlığı 16-cı əsrdə Gürcüstan çarlığının kiçik çarlıqlara və knyazlıqlara parçalanmasından sonra Şervaşidzelər sülaləsi tərəfindən idarə olunan Abxaziya knyazlığı (nominal olaraq İmereti çarlığının vassalı) yarandı. 1570-ci illərdən Osmanlı donanması Suxumi qalasını işğal etdikdən sonra Abxaziya Osmanlı imperiyası və islam dininin təsiri altına düşdü. Osmanlı hakimiyyəti dövründə abxaz elitasının əksəriyyəti islamı qəbul etdi. Knyazlıq müəyyən dərəcədə muxtariyyətini saxladı.

Abxaziya 1801-ci ildə Rusiya imperiyasından müdafiə istədi, lakin 1810-cu ildə ruslar tərəfindən "muxtar knyazlıq" elan edildi. Daha sonra Rusiya 1864-cü ildə Abxaziyanı ilhaq etdi və ruslar müsəlman abxazları Osmanlı ərazilərinə sürgün etdikdən sonra abxazların müqaviməti yatırıldı.

Rusiya imperiyasının tərkibində left|thumb|1899-cu ildə Abxaziya Rusiya imperiyasının tərkibində olarkən Kutaisi qurberniyasının Suxumi okqruqunun sərhədləri. XIX əsrin əvvəllərində, ruslar və türklər bölgəyə nəzarət etmək üçün mübarizə apararkən, Abxaziya hökmdarları dini ayrı-seçkilikdən irəli-geri hərəkət etdilər. Rusiya ilə münasibətlərə girmək üçün ilk cəhdi 1803-cü ildə, Şərqi Gürcüstanın genişlənən çar imperiyasına birləşdirilməsindən (1801) az sonra Keleş-bəy etdi. Lakin 1808-ci il mayın 2-də oğlu Aslan-bəy tərəfindən öldürüldükdən sonra qısa müddət ərzində osmanlıyönümlü mövqe üstünlük təşkil etdi.Mikaberidze, Alexander, "Historical Dictionary of Georgia", Rowman & Littlefield, 2015, p.84 2 iyul 1810-cu ildə rus dəniz piyadaları Suxum-Kaleyə hücum etdi və Aslan-bəyi rəqib qardaşı, xristianlığı qəbul etmiş və Corc adını daşıyan Sefer-bəy (1810-1821) ilə əvəz etdi. Abxaziya 1810-cu ildə muxtar knyazlıq kimi Rusiya imperiyasına qoşuldu. Buna baxmayaraq, Corcun hakimiyyəti məhdud idi və bir çox dağ bölgələri əvvəlki kimi müstəqil idi. Növbəti Rusiya-Osmanlı müharibəsi Rusiyanın mövqelərini güclü şəkildə gücləndirdi, bu da Abxaziya elitasının, əsasən də dini bölünmələrə görə daha da parçalanmasına səbəb oldu. Krım müharibəsi (1853-1856) zamanı rus qoşunları Abxaziyanı boşaltmalı oldu və knyaz Mixail (1822-1864) görünür ki, Osmanlılara keçdi.

Sonralar rusların iştirakı gücləndi və Qərbi Qafqazın dağlıq əraziləri nəhayət 1864-cü ildə Rusiyaya tabe oldu. Bu bəlalı bölgədə rusiyapərəst "bufer zona" kimi fəaliyyət göstərən Abxaziyanın muxtariyyəti artıq çar hökumətinə lazım deyildi və Şervaşidzenin hakimiyyətinə son qoyuldu; 1864-cü ilin noyabrında knyaz Mixail öz hüquqlarından imtina edib Voronejdə məskunlaşmağa məcbur oldu. Həmin ilin sonunda Abxaziya 1883-cü ildə Kutaisi quberniyasının bir hissəsi kimi okruqa (dairə) çevrilən Suxum-Kalenin xüsusi hərbi vilayəti kimi Rusiya imperiyasının tərkibinə daxil edildi. thumb|Rusiya İmperator Ordusunda abxaz və gürcü generalları, XIX əsr Bölgənin böyük əraziləri yaşayışsız qaldı və bir çox ermənilər, gürcülər, ruslar və başqaları sonradan Abxaziyaya köçərək boşaldılmış ərazilərin çoxunu köçürdülər. Bəzi gürcü tarixçiləri iddia edirlər ki, gürcü tayfaları (svanlar və meqrellər) Abxaziyada Kolxida çarlığı dövründən məskunlaşıblar.Lortkipanidze M., The Abkhazians and Abkhazia, Tbilisi 1990.

1870-ci ildə təhkimçilik hüququnun ləğvindən sonra Abxaziyada tədricən kapitalist iqtisadiyyatı yaranmağa başladı. Rusiya hakimiyyətinin rəsmi qərarı ilə Abxaziya və Samurzakano sakinləri rus dilində təhsil almalı və dua etməli idilər. 1878-ci il kütləvi deportasiyasından sonra abxazlar azlıqda qaldılar, onlara rəsmi olaraq "günahkar adamlar" damğası vurdular və onların ruslaşdırmaya ciddi müqavimət göstərə biləcək lideri yox idi. Britaniyalı alpinist Duqlas Freşfild (Qafqaza ekspedisiyaya rəhbərlik edən və Kazbek dağına ilk qalxmış şəxs) 1892-ci ildə nəşr olunmuş "Qafqazın kəşfiyyatı" kitabında "Abxaziyanın tənhalığı" adlı hərəkətli fəsildə Abxaziyanın tərk edilmiş ərazilərini təsvir etmişdir.