Don Makkalin () — daha çox müharibəyə və şəhər problemlərinə aid fotoları ilə tanınan britaniyalı fotojurnalist. 1959-cu ildə başlayan karyerasının əsas hissəsini işsizlər, əzilənlər və yoxsulluq haqqında fotolar təşkil edir.

Həyatı Erkən illəri Makkalin Şimali Londonda Finsburi Parkı adlanan yerdə boya-başa çatıb. Sonralar Blitz zamanı (nasistlər tərəfindən Birləşmiş Krallığın bombalanması hadisəsi) ailəsi ilə birlikdə Somersetdəki fermaya köçürülüb.Don McCullin at SundaySalon . Retrieved 22 March 2014 O, disleksik olsa da, getdiyi orta məktəbdə rəsm çəkmək üzrə qeyri-adi istedad nümayiş etdirmişdi.Don McCullin interview in The Guardian 22 December 2012 . Retrieved 22 March 2014ftweekend Don Mcullin interview Retrieved 22 March 2014

Karyerası Makkalin KHHQ-də Dövlət Xidmətində olarkən 1956-cı il Süveyş böhranı zamanı kanal zonasına göndərilib və burada fotoqraf köməkçisi kimi çalışıb. O, KHHQ-də fotoqraf olmaq üçün tələb olunan yazılı nəzəriyyə məruzəsindən keçə bilməmiş və nəticədə öz xidmətini qaranlıq otaqda başqalarının şəkillərini çap etməklə keçirmişdi.Leo Benedictus "Don McCullin's best shot", The Guardian (London), 29 March 2007. A shortened version of this interview, omitting this material, appears here . Bu müddət ərzində Makkalin ilk kamerasını — "Rolleicord"u alıb. Britaniyaya qayıdarkən maliyyə çatışmazlığı səbəbindən kamerasını girov qoymalı olub. Makkalinin anası girovu ödəmək üçün şəxsi vəsaitindən istifadə edib.

1959-cu ildə Londonda çəkdiyi quldur dəstəsinin şəkli "The Observer" qəzetində çap olunub. 1966-1984-cü illər aralığında "Sunday Times Magazine" üçün xarici xəbərlər müxbiri kimi işləyərkən ekoloji və müharibə zonaları kimi insanlar tərəfindən törədilən faciələri lentə alıb ki, bunların da arasında 1968-ci il Biafra hadisəsinin və Afrikada QİÇS epidemiyasının qurbanları da var idi. Onun Vyetnam müharibəsini və Şimali İrlandiya konfliktini qərəzsiz işıqlandırılması xüsusilə yüksək qiymətləndirilir.

Makkalinin Londondakı Maryon Parkında çəkdiyi şəkil Mikelancelo Antonioninin "Şəkilböyütmə" filmində istifadə olunub.Philippe Garner, David Alan Miller, Blow Up (Steidl, 2011).

1968-ci ildə Nikon markalı kamerası ona tuşlanmış güllənin qarşısını kəsərək həyatını xilas etmişdir.

1982-ci ildə Britaniya höküməti gəminin dolu olduğunu əsas gətirərək Folklend müharibəsindən reportaj hazırlamaq istəyində olan Makkalinə maliyyə yardımı ayırmayıb. O, əmin idi ki, hökumətin belə addım atmasına səbəb Tetçer hökumətinin onun şəkillərinin siyasi narahatlıq doğuracağını ehtimal etməsidir.

2012-ci ildə Devid Morris və Cek Morrisin rejissorluğu ilə onun həyatından bəhs edən "Makkalin" adlı sənədli film çəkilib. Film — "Britaniya ssenaristinin, rejissorunun və ya prodüserinin ən yaxşı debütü" və "Ən yaxşı sənədli film" nominasiyalarında BAFTA-ya namizəd olub.

Makkalin 2015-ci ilin noyabrında "Photo London"un açılışı zamanı 2016-cı ilin "Foto ustadı" adına layiq görülüb. 2016-cı ilin mayında Somerset-hausda onun əsərlərinə həsr olunmuş sərgi keçirilib. O, rəqəmsal fotoqrafiyanın meydana çıxması ilə bağlı verilən sualı belə cavablandırmışdı: "Rəqəmsal fotoqrafiya tamamilə yalançı bir təcrübə hesab oluna bilər — sən istədiyini köçürə bilərsən, bütün bunlara tamamilə güvənmək olmaz".

Şəxsi həyatı Don Makkalin hazırda arvadı Ketrin və kiçik oğlu Maks ilə birlikdə Somersetdə yaşayır.

Sərgiləri 2013: Retrospektiv, Kanada Milli Qalereyası, Ottava, Kanada.

İstinadlar

Xarici keçidlər

Don Makkalin hamiltonsgallery.com saytında

Kateqoriya:Londonda doğulanlar Kateqoriya:Müharibə fotoqrafları Kateqoriya:Böyük Britaniya avtobioqrafları