Otto Liman fon Sanders (; 17 fevral 1855 - 22 avqust 1929) — Birinci Dünya müharibəsi ərzində Osmanlı ordusunda məsləhətçi və hərbi komandan olaraq xidmət etmiş alman general. 1918-ci ildə Sinay və Fələstin cəbhəsində gedən döyüş əməliyyatlarında Osmanlı ordusuna rəhbərlik etmişdir.
Həyatı Liman fon Sanders Prussiya krallığının Pomeraniya bölgəsində yerləşən Stolp (indiki Slupsk) şəhərində anadan olmuşdur. O, 1874-cü ildə Alman ordusuna qoşulmuş və general rütbəsinə qədər yüksəlmişdir. 1913-cü ildə digər bir sıra prussiyalı generallar kimi o da Osmanlı ordusunda xidmət etməyə başlamışdır. 1915-ci ildə Gelibolu və Çanaqqala boğazlarını müdafiə edən 5-ci Ordu komandanlığına təyin olunmuşdur. Bu vəzifədə olarkən göstərdiyi xidmətlərə görə Müşir rütbəsinə yüksəlmişdir.
1918-ci ildə general Erix fon Falkenhaymın yerinə Sinay və Fələstin cəbhəsində döyüşən İldırım Ordular qrupuna komandan təyin olunmuşdur.
Müharibə başa çatdıqdan sonra müharibə cinayətləri işlədiyi iddiası ilə 1919-cu ilin fevralında Maltada həbs olunur. Həbs olunduqdan altı ay sonra azad olunur və elə həmin il Almaniya ordusundan ayrılır.
1927-ci ildə müharibə ərzində və öncəsində öz təcrübələri haqqında Maltada həbsdə olarkən yazdığı kitabını nəşr etdirir. 22 avqust 1929-cu ildə Münhen şəhərində vəfat etmişdir. Darmştat şəhərində, həyat yoldaşı Amelie fon Sandersin yanında dəfn olunmuşdur.
Həmçinin bax Osmanlı ordusu Birinci Dünya müharibəsi Çanaqqala müharibəsi
İstinadlar
Xarici keçidlər
World War One.com Qısa bioqrafiya. Yanvar 2006. Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı marşalları Kateqoriya:Birinci Dünya müharibəsində Almaniya generalları Kateqoriya:Almanlar Kateqoriya:Çanaqqala döyüşü Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:XIX əsr Almaniya şəxsləri Kateqoriya:Maltaya sürgün olunanlar Kateqoriya:Yunan soyqırımı