Antofillit — mineral, (Mg, Fe)7[OH | Si4O11]2. Rombik amfibol. Antofillit - xedrit izomorf sırasının kənar üzvü. Kristalları dirəkvari. Aqreqat: lifli. Boz, qonur və b. kordiyeritlə assossiasiyadır. Maqnezium metasomatozunun məhsulu. Əsasi süxurlar və gillərin hesabına amfibolitlərdə, qranulitlərdə. Antofillit adətən metamorfikləşmiş ultraəsasi süxurlarda hiperbazitlərdə talk ilə assossiasiya bəzən peqmatit və qranitlərin serpentinitlərə soxulması ilə əlaqədardır. Növ müxtəlifliyi: antofillit-asbest, ferro-, manqan- və maqnezium antofillit, natriumlu antofillit.
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
İstinadlar
Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Dəmirin mineralları Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:Lüminessensiya mineralları