Mehmet Kazım Orbay () — türk hərbçi və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 3-cü Baş Qərargah rəisidir.

Hərbi həyatı 1904-cü ildə Hərb Məktəbini bitirdikdən sonra leytenant rütbəsi almış və hərbi karyerasına başlamışdır. 1922-ci ilə qədər müxtəlif birlik və birləşmələrdə fəaliyyət göstərmişdir. Hərəkat Ordusu ilə 31 martda baş verən üsyanın yatırılmasında, Balkan müharibələrində, Birinci Dünya müharibəsində, İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 31 avqust 1922-ci ildə Mirliva rütbəsinə yükslmişdir. Mirliva rütbəsi ilə Qafqaz İslam Ordusu komandanı və Baş Qərargah rəisinin müavini vəzifələrini yerinə yetirmişdir. 30 avqust 1926-cı ildə Ferîk-i əvvəl rütbəsinə yüksəlmişdir. Bu rütbədə olarkən Əfqanıstan Hərbi Heyət komandanı və 4-cü Ordu korpusu komandanı vəzifələrində xidmət etmişdir. 30 iyun 1930-cu ildə Jandarma qüvvələri komandanı, 24 avqust 1935-ci ildə isə 3-cü Ordu müfəttişliyi vəzifəsində xidmət etmişdir. 30 avqust 1935-ci ildə general (orgeneral) rütbəsi almış, 15 fevral 1943-cü ildə Ali Hərbi Şura üzvü olmuşdur.

Şəxsi həyatı Evli idi. Haşmet Orbay adında oğlu var idi. İngilis, fransız, italyan və alman dillərində sərbəst danışa bilirdi.

Həmçinin bax Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Qafqaz İslam Ordusu

İstinadlar

Kateqoriya:Türkiyə Böyük Millət Məclisinin sədrləri Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçıları