Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC () — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir.

Haqqında OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10–14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973–1992), Qabon (1975–1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib.

Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.

Afrika Anqola 10 yanvar 2007 Liviya dekabr 1962 Nigeriya iyul 1971 Əlcəzair 1969

Orta Şərq İran Sentyabr 1960 İraq Sentyabr 1960 Küveyt Sentyabr 1960 Qatar Dekabr 1961 Səudiyyə Ərəbistanı Sentyabr 1960

Cənubi Amerika Venesuela Sentyabr 1960 Ekvador Noyabr 2007

Cənub-Şərqi Asiya İndoneziya dekabr 1962 üzvlüyü görüş altında çünki İndoneziya OPEC tərəfindən artıq dəqiq neft ixracatçısı olaraq qəbul edilməməkdədir.

Köhnə üzvlər Qabon (bütün ümumi üzvlük 1975-dən 1995-ə qədər)

Üzvlüyü gözlənilənlər Azərbaycan, Boliviya, Meksika, Sudan və Suriya OPECə iştirak etməyə dəvət ediliblər. Sudan və Ekvador hazırda ümumi üzvlük üçün namizəddirlər.

Üzvlükdən çıxanlar 28 aprel 2026-cı ildə Birləşmiş Ərəb Əmirlikləri 1 may 2026-cı ildən OPEC üzvlüyündən çıxacağını elan etmişdir və bu qərar 1 may 2026-cı ildən qüvvəyə minmişdir.

Şəkillər

İstinadlar

Xarici keçidlər Təşkilatın rəsmi veb-saytı

Həmçinin bax

Kateqoriya:Neft İxrac Edən Ölkələr Birliyi Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Sentyabrda yarananlar Kateqoriya:1960-cı ildə yarananlar Kateqoriya:Neft iqtisadiyyatı