Ramiz Əhmədov () — azərbaycanlı jurnalist və siyasətçi; Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin 1-ci sədri; Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Yevlax Rayonu İcra Hakimiyyətinin başçısı, Kirovabad şəhər Gəncə rayon, Qutqaşen rayon partiya təşkilatlarının birinci katibi, "Kommunist" qəzetinin baş redaktoru.

Həyatı Ramiz Haşım oğlu Əhmədov 1939-cu il martın 6-da Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir. Fəlsəfə elmləri namizədi olmuşdur.

Ramiz Əhmədov 10 sentyabr 2007-ci il tarixində vəfat edib.

Evli idi, 3 övladı var.

Siyasi-ictimai fəaliyyəti "Kommunist" qəzetinin baş redaktoru, Kirovabad və Qutqaşen rayonlarının partiya komitələrinin katibi, Yevlax rayonunun icra başçısı olub.

1980-ci ildə o, Heydər Əliyevin göstərişi ilə yeni yaradılan Kirovabad şəhər, rayon partiya təşkilatının birinci katibi təyin olunmuşdur.

1988-ci ildə o, Əbdürrəhman Vəzirov tərəfindən Qutqaşen rayon partiya təşkilatının birinci katibi təyin olunmuşdur.

Ramiz Əhmədov Azərbaycan Kommunist Partiyası XXXII Qurultayında Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri seçilmişdir.

7 fevral 1991-ci il tarixində Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr haqqında Qanun layihəsinin işlənib tamamlanması üzrə Redaksiya komissiyasının üzvü seçilmişdir.

1993-cü ildə Ramiz Əhmədov Azərbaycan Kommunist Partiyasını bərpa edərək onun sədri seçilib. Azərbaycan Kommunist Partiyasının ilk sədri olmuşdur. 2000-ci il noyabrın 5-də Azərbaycan Kommunist Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü olmuşdur.

İstinadlar

Mənbə Ramiz Əhmədov — 80 yaş

Xarici keçidlər Ramiz Əhmədovun dünyası — Asif Quliyev yazır

Kateqoriya:Yevlax Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qutqaşen Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Gəncə Rayon Komitəsinin birinci katibləri Kateqoriya:"Xalq qəzeti"nin ("Kommunist") baş redaktorları Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Fəlsəfə elmləri namizədləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları