"Başkortostan" () — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində başqırd dilində dərc olunan gündəlik ictimai-siyasi qəzet.
Tarixi Qəzet 1917-ci ilin iyun ayında Orenburqda "Башҡорт иттифаҡи бюроһының мөхбире" () adı ilə fəaliyyətə başlamışdır. Bundan sonra adı bir neçə dəfə dəyişilmişdir. İlk dəyişiklik cəmi bir ay sonra olmuşdur. Belə ki, elə həmin ilin iyul ayında adı dəyişdirilərək "Башҡорт" () olmuşdur.
1924-cü ildən etibarən redaksiya heyətinin bölməsi birdilli bölməyə çevrilmişdir. 1929-cu ildən indiyə qədər gündəlik nəşr olunur.
1937-ci ildən "Qьđьl Başqortostan" (), 1951-ci ildən isə "Совет Башҡортостаны" () adlanmışdır.
1990-cı ildən indiki "Башҡортостан" () adını daşıyır.
2001-ci ildən 2007-ci ilədək ayda bir dəfə olmaqla başqırd dilində "Нефтекама яңылыҡтары" () adlı əlavəsi çap edilmişdir.
Tirajı +Qəzetin tirajı İl 1923 1928 1930 1941 1951 1959 1966 1975 1979 Trajı min ədədlə 0,9 5,35 9,9 20,1 16,0 23,2 51,0 67,6 79,7
Baş redaktorları Qismət Kulmuxametov (1945-ci ildən 1950-ci ilədək) Vali Nafikov (1958-ci ildən) Abdulla İsmayılov (1966-cı ildən) Mansur Ayupov (1986-cı ildən) Talqat Saqitov (1990-cı ildən) Ralif Kinzyabaev (1999-cu ildən) Niyazbəy Səlimov (2011-ci ildən)
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni (1968)«Совет Башкортостаны» — статья из Большой советской энциклопедии..
Həmçinin bax Başqırdıstan kütləvi informasiya vasitələri
Ədəbiyyat Кузбеков Ф. Т. Башкирская журналистика: история и современность. — Уфа: БГУ, 1998.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Başqırdıstan qəzetləri Kateqoriya:Başqırd dilində qəzetlər