Məqsudə Həsənağa qızı Əliyeva () — azərbaycanlı aktrisa

Həyatı Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. Aktrisa Məqsudə Əliyeva uzun sürən xəstəlikdən sonra 08 dekabr 2022-ci ildə vəfat etmişdir.

Fəaliyyəti N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb. "Mahmud və Məryəm"də qulluqçu qız, "Vicdanın hökmü"ndə rus qızı, "Pul dəlisi"ndə solist, "Qaraca qız"da Nərgiz, "Onun iki qabırğası"nda Qumaş kimi rollarını ifa edib. Azad Azərbaycan televiziyasında yayımlanan 2016-cı ildə çəkilmiş "Günəşim ol" teleserialındakı Zərnişan obrazı ilə yadda qalıb.

Teatr səhnəsindəki rolları Elçin "Mahmud və Məryəm" — Qulluqçu qızı H. Mirələmov "Vicdanın hökmü" — Rus qızı H. Mirələmov "Ləyaqət" — Erməni qızı Ə. Orucoğlu "Pul dəlisi" — Solist A. Zeynalov "Zəncirlənmiş toy busat" -Şeytanın köməkçisi Ə. Əmirli "Onun iki qabırğası" — Qumaş S. S. Axundov "Qaraca qız" — Nərgiz B. Rzayev "Təpəgözun qayıtması" — III-cin V. Qauf "Xəlifə leylək" — II-leylək N. B. Vəzirov "Ağa Kərim xan Ərdəbili" – Bədircahan

Filmoqrafiya 2 (film, 2009) (qısametrajlı bədii film) (rol: ana) Günəşim ol (teleserial, 2016) (bədii serial) (rol: Zərnişan)

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Lənkəranda doğulanlar