Mələkli ev — Bakı şəhərində, Nigar Rəfibəyli küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Распоряжение Кабинета Министров Азербайджанской Республики об исторических и культурных памятниках)

Haqqında Bu ev 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib, tarix binanın kartuşunda döyülüb.

Binanın damında cəmi dörd mələk var. İkisi meydana, ikisi isə arxaya, Xaqani bağına tərəf baxır.

Keçmiş dövrlərin tədqiqatçıları hesab edirlər ki, mələklər burada "elə belə deyil, bunun mənası var". İki versiya mövcuddur: birinci versiyaya görə, mələkləri Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, mələklər Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə heç də rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Qriqori.

2000-ci ildə baş verən zəlzələ zamanı mələklərdən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb. Mələyi yerinə qaytarıblar.

Bina 1917-ci il oktyabr inqilabına qədər Sergey Tumayevə məxsus idi. Sovet dövründə binanı milliləşdiriblər və Yazıçılar İttifaqına veriblər. Bu binada ədiblər və nomenklatura işçiləri işləyib. Binanın tanınmış sakinləri şairlər Rəsul Rza və Nigar Rəfibəyli olub, binanın fasadında onların xatirəsinə lövhə quraşdırılıb.

Qalereya

İstinadlar

Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:1893-cü ildə yarananlar Kateqoriya:Bakının tarixi evləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Bakıdakı binalar və tikililər Kateqoriya:Səbail rayonundakı tikililər Kateqoriya:1893-cü ildə tamamlanmış binalar və tikililər