Konsul əlaqələri haqqında Vyana Konvensiyası () — konsul münasibətləri sahəsində universal qaydaları müəyyən edən ilk beynəlxalq çoxtərəfli razılaşma. 24 aprel 1963-cü ildə qəbul edilmişdir.

Tarixi Beynəlxalq əlaqələrin hərtərəfli inkişafı, konsul müəssisələrinin rolunun hədsiz artması konsul hüququnun universal səviyyədə məcəllələşdirilməsi zərurətini yaradırdı. Bununla əlaqədar olaraq BMT-nin Baş Assambleyası 1949-cu il dekabrın 6-da Konsul əlaqələri və immunitetləri haqqında konvensiya layihəsinin hazırlanması barədə qətnamə qəbul etmişdir. Baş Assambleyanın bu məsələ ilə bağlı çağırdığı konfransda Konsul əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilmişdir.

Müqavilənin müddəaları Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası preambuladan, 5 hissədə birləşən 79 maddədən ibarətdir. 1961-ci il Vyana Konvensiyasında olduğu kimi, bu Konvensiyaya da iki əlavə protokol qəbul edilmişdir (Vətəndaşlığın əldə olunması haqqında fakultativ Protokol və Mübahisələrin məcburi həlli haqqında fakultativ Protokol).

Preambulada Konvensiyanın bağlanmasının məqsədləri açıqlanır. Konvensiyanın 1-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir, belə ki, burada konvensiyada yer alan “konsul müəssisələri”, “konsul dairəsi”, “konsul vəzifəli şəxsi”, “konsul əməkdaşı” və s. kimi terminlərin açıqlaması verilir. I fəsil konsul əlaqələrinin ümumi müddəalarına həsr olunmuşdur. O, iki bölmədən ibarətdir: birinci bölmədə konsul əlaqələrinin qurulması və həyata keçirilməsindən, ikinci bölmədə isə konsul funksiyalarının kəsilməsindən söz açılır. 2-ci maddədə müəyyən olunmuş normaya əsasən diplomatik münasibətlərin qurulmasına verilən razılıq, əgər başqa cür şərtlənməyibsə, həm də konsul əlaqələrinin qurulmasına razılıq deməkdir. Həmin maddənin 3-cü bəndində deyilir ki, diplomatik münasibətlərin kəsilməsi avtomatik olaraq konsul münasibətlərinin kəsilməsinə gətirib çıxarmır.

Vyana Konvensiyası 9-cu maddədə konsulluq müəssisələri başçılarının dörd dərəcəsini müəyyən edir. Konsul müəssisələrinin başçıları baş konsullara, konsullara, vitse-konsullara və konsul agentlərinə bölünürlər.

Konsul funksiyaları, immunitet və imtiyazları baxımından Konvensiyanın 17-ci maddəsi, xüsusilə diqqəti cəlb edir. Bu maddəyə uyğun olaraq, yerləşmə dövlətində akkreditiv dövlətin diplomatik nümayəndəliyi mövcud deyilsə, konsulluğun vəzifəli şəxsi, əgər o buna münasib qaydada səlahiyyətləndirilmişsə, diplomatik aktları da həyata keçirə bilər. Bu və ya digər səbəblərə görə diplomatik nümayəndəliklərdən daha çox konsulluqlara malik olan dövlətlər üçün bu maddə xüsusi əhəmiyyət daşıyır. Lakin bu cür aktları həyata keçirən zaman konsulluğun vəzifəli şəxsinə diplomatik immunitetlər verilmir.

II fəsil konsul müəssisələrinin, ştatlı konsul vəzifəli şəxslərinin və konsul müəssisələrinin digər işçilərinin immunitet və imtiyaz məsələlərinə həsr olunmuşdur.

Konvensiyanın ən çox mübahisə yaradan maddələrindən biri də konsul binalarının toxunulmazlığını müəyyən edən 31-ci maddə olmuşdur. 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından fərqli olaraq, 1963-cü il Konvensiyası konsul binalarının mütləq toxunulmazlığını müəyyən etməmişdir. Bu maddəyə “yanğın qeyd-şərtinin” daxil edilməsi, konsulluq binasının toxunulmazlığı prinsipinin effektliliyini nəzərə çarpacaq dərəcədə azaltmışdır.

1963-cü il Konvensiyasının III fəslində fəxri konsul və konsulmüəssisələrinin hüquqi rejimi müəyyən olunur. Konvensiya açıq ifadə olunmuş şəkildə fəxri konsul institutunun fakultativ xarakterini müəyyən edir: “Hər bir dövlət, fəxri konsul və vəzifəli şəxslərinin təyin edilməsi məsələsini azad həll edir ”.

IV fəsil “Ümumi müddəalar” adlanır. Burada konsul agentliyi institutunun fakultativ xarakterindən (maddə 69), konvensiyanın digər beynəlxalq razılaşmalara münasibətindən (maddə 73 ) və s. söz açılır. 73-cü maddədə deyilir ki, “konvensiyanın müddəaları onda iştirak edən dövlətlər arasında qüvvədə olan digər beynəlxalq razılaşmalara təsir göstərmir”. Bu maddə mühüm əhəmiyyət daşıyır, belə ki, o, çoxtərəfli Vyana Konvensiyası ilə ikitərəfli konsul konvensiyaları və müqavilələri arasında qarşılıqlı nisbəti müəyyən edir.

Konvensiyanın V fəsli “Yekun müddəalar”ı əhatə edir.

Ədəbiyyat H.A.Qasımova. Xarici əlaqələr hüququ. Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 480 səh.

Kateqoriya:Hüquq Kateqoriya:Beynəlxalq müqavilələr Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Azərbaycanın müqavilələri Kateqoriya:Vanuatunun müqavilələri Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Moldovanın müqavilələri Kateqoriya:Avstriyanın müqavilələri Kateqoriya:Avstriyanın müqavilələri Kateqoriya:Albaniyanın müqavilələri Kateqoriya:Andorranın müqavilələri Kateqoriya:Antiqua və Barbudanın müqavilələri Kateqoriya:Argentinanın müqavilələri Kateqoriya:Baham adalarının müqavilələri Kateqoriya:Avstraliyanın müqavilələri Kateqoriya:Barbadosun müqavilələri Kateqoriya:Banqladeşin müqavilələri Kateqoriya:Latviyanın müqavilələri Kateqoriya:Lesotonun müqavilələri Kateqoriya:Liberiyanın müqavilələri Kateqoriya:Lixtenşteynin müqavilələri Kateqoriya:Litvanın müqavilələri Kateqoriya:Livanın müqavilələri Kateqoriya:Lüksemburqun müqavilələri Kateqoriya:Burkina-Fasonun müqavilələri Kateqoriya:Botsvananın müqavilələri Kateqoriya:Belçikanın müqavilələri Kateqoriya:Bosniya və Herseqovinanın müqavilələri Kateqoriya:Boliviyanın müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Belizin müqavilələri Kateqoriya:Cənubi Koreyanın müqavilələri Kateqoriya:Cibutinin müqavilələri Kateqoriya:Çexoslovakiyanın müqavilələri Kateqoriya:Çexiyanın müqavilələri Kateqoriya:Çilinin müqavilələri Kateqoriya:Dominikanın müqavilələri Kateqoriya:Dominikan Respublikasının müqavilələri Kateqoriya:Danimarkanın müqavilələri Kateqoriya:Ekvadorun müqavilələri Kateqoriya:Ekvatorial Qvineyanın müqavilələri Kateqoriya:Eritreyanın müqavilələri Kateqoriya:Ermənistanın müqavilələri Kateqoriya:Əlcəzairin müqavilələri Kateqoriya:Fələstin Dövlətinin müqavilələri Kateqoriya:Estoniyanın müqavilələri Kateqoriya:Ficinin müqavilələri Kateqoriya:Filippinin müqavilələri Kateqoriya:Fransanın müqavilələri Kateqoriya:Finlandiyanın müqavilələri Kateqoriya:Gürcüstanın müqavilələri Kateqoriya:Hindistanın müqavilələri Kateqoriya:Haitinin müqavilələri Kateqoriya:Polşanın müqavilələri Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:Xorvatiyanın müqavilələri Kateqoriya:Hondurasın müqavilələri Kateqoriya:İndoneziyanın müqavilələri Kateqoriya:İordaniyanın müqavilələri Kateqoriya:İrlandiyanın müqavilələri Kateqoriya:İslandiyanın müqavilələri Kateqoriya:İsveçin müqavilələri Kateqoriya:İsveçrənin müqavilələri Kateqoriya:Kabo-Verdenin müqavilələri Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Kambocanın müqavilələri Kateqoriya:Kamerunun müqavilələri Kateqoriya:Kanadanın müqavilələri Kateqoriya:Keniyanın müqavilələri Kateqoriya:Kiprin müqavilələri Kateqoriya:Kolumbiyanın müqavilələri Kateqoriya:Kosta-Rikanın müqavilələri Kateqoriya:Kubanın müqavilələri Kateqoriya:Küveytin müqavilələri Kateqoriya:Qabonun müqavilələri Kateqoriya:Qambiyanın müqavilələri Kateqoriya:Qananın müqavilələri Kateqoriya:Qayananın müqavilələri Kateqoriya:Qazaxıstanın müqavilələri Kateqoriya:Qırğızıstanın müqavilələri Kateqoriya:Qrenadanın müqavilələri Kateqoriya:Qvatemalanın müqavilələri Kateqoriya:Qvineyanın müqavilələri Kateqoriya:Madaqaskarın müqavilələri Kateqoriya:Malavinin müqavilələri Kateqoriya:Maldiv adalarının müqavilələri Kateqoriya:Malinin müqavilələri Kateqoriya:Maltanın müqavilələri Kateqoriya:Mavrikinin müqavilələri Kateqoriya:Mavritaniyanın müqavilələri Kateqoriya:Meksikanın müqavilələri Kateqoriya:Mərakeşin müqavilələri Kateqoriya:Misirin müqavilələri Kateqoriya:Monakonun müqavilələri Kateqoriya:Monqolustan Xalq Respublikasının müqavilələri Kateqoriya:Monteneqronun müqavilələri Kateqoriya:Namibiyanın müqavilələri Kateqoriya:Naurunun müqavilələri Kateqoriya:Nepalın müqavilələri Kateqoriya:Nigerin müqavilələri Kateqoriya:Niderlandın müqavilələri Kateqoriya:Nigeriyanın müqavilələri Kateqoriya:Nikaraquanın müqavilələri Kateqoriya:Norveçin müqavilələri Kateqoriya:Özbəkistanın müqavilələri Kateqoriya:Pakistanın müqavilələri Kateqoriya:Panamanın müqavilələri Kateqoriya:Papua-Yeni Qvineyanın müqavilələri Kateqoriya:Paraqvayın müqavilələri Kateqoriya:Perunun müqavilələri Kateqoriya:Ruandanın müqavilələri Kateqoriya:Rumıniya Sosialist Respublikasının müqavilələri Kateqoriya:Salvadorun müqavilələri Kateqoriya:Samoanın müqavilələri Kateqoriya:San-Tome və Prinsipinin müqavilələri Kateqoriya:Seneqalın müqavilələri Kateqoriya:Sent-Kits və Nevisin müqavilələri Kateqoriya:Sent-Lüsiyanın müqavilələri Kateqoriya:Sent-Vinsent və Qrenadinin müqavilələri Kateqoriya:Serbiya və Monteneqronun müqavilələri Kateqoriya:Seyşel adalarının müqavilələri Kateqoriya:Slovakiyanın müqavilələri Kateqoriya:Sloveniyanın müqavilələri Kateqoriya:SSRİ-nin müqavilələri Kateqoriya:Surinamın müqavilələri Kateqoriya:Suriyanın müqavilələri Kateqoriya:Syerra-Leonenin müqavilələri Kateqoriya:Şərqi Timorun müqavilələri Kateqoriya:Şimali Koreyanın müqavilələri Kateqoriya:Şimali Makedoniyanın müqavilələri Kateqoriya:Yəmən Ərəb Respublikasının müqavilələri Kateqoriya:Şri-Lankanın müqavilələri Kateqoriya:Tacikistanın müqavilələri Kateqoriya:Tailandın müqavilələri Kateqoriya:Tanzaniyanın müqavilələri Kateqoriya:Toqonun müqavilələri Kateqoriya:Trinidad və Tobaqonun müqavilələri Kateqoriya:Tunisin müqavilələri Kateqoriya:Türkiyənin müqavilələri Kateqoriya:Türkmənistanın müqavilələri Kateqoriya:Uruqvayın müqavilələri Kateqoriya:Venesuelanın müqavilələri Kateqoriya:Vyetnamın müqavilələri Kateqoriya:Yamaykanın müqavilələri Kateqoriya:Yaponiyanın müqavilələri Kateqoriya:Yeni Zelandiyanın müqavilələri Kateqoriya:Yuqoslaviyanın müqavilələri Kateqoriya:Zambiyanın müqavilələri Kateqoriya:Zimbabvenin müqavilələri Kateqoriya:Almaniya Federativ Respublikasının müqavilələri Kateqoriya:Almaniya Demokratik Respublikasının müqavilələri Kateqoriya:Belorusiya Sovet Sosialist Respublikasının müqavilələri Kateqoriya:Bolqarıstan Xalq Respublikasının müqavilələri Kateqoriya:Macarıstan Xalq Respublikasının müqavilələri Kateqoriya:Polşa Xalq Respublikasının müqavilələri Kateqoriya:Ukrayna Sovet Sosialist Respublikasının müqavilələri Kateqoriya:İraqın müqavilələri Kateqoriya:BMT-nin beynəlxalq müqavilələri