Gədəbəy ensiz dəmiryol xətti — Cənubi Qafqazda ilk dəmir yol xətti (1868-ci il).
Tarixi Gədəbəyin ən baxımlı yerlərindən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Simens qardaşları burada xeyli iş görüblər. 1865-ci ildə ilk zavod işə salınıb. 1883-cü ildə ikinci müəssisə — Qalakənd misəritmə zavodu tikildi. Bununla əlaqədar Gədəbəy — Qalakənd arasında yol çəkildi, körpülər inşa olundu. Daha da vacibi Gədəbəy zavodu ilə meşə zolağı olan, gələcəkdə zavod tikiləcək Qalakənd arasında 31 kilometrlik ensiz dəmir yol xətti çəkildi.История Азербайджана. Баку, 1960, том. 2, c. 219 Simens Gədəbəy rayonuna etdiyi ikinci səfərinə (1868-ci il) aid xatirələrində bu barədə belə yazırdı:
Dağlıq relyefı olan ərazidə bu xəttin çəkilməsi üçün 50-yə yaxın müxtəlif layihəli körpü və keçidlər inşa edildi. Həmin xətt Cənubi Qafqazda ilk dəmir yol xətti oldu. Bundan dörd il sonra — 1872-ci ildə Poti-Tiflis ensiz dəmiryol xətti istifadəyə verildi. Ensiz dəmiryol xətti ilə yanaşı zavoda yük daşımaq üçun kanat — dartma xətti də inşa edilmişdir.Verner fon Simens. "Qafqaz səyahətləri". Bakı, Turxan 2013, s. 36 Bu da Cənubi Qafqazda ilk dəfə Gədəbəy missəritmə zavodunda istifadə edilən nəqliyyat vasitəsidir.
Mənbələr Verner fon Simens. "Qafqaz səyahətləri". Bakı, Turxan 2013 История Азербайджана. Баку, 1960, том. 2 Wemer von Siemens, Lebenserinnerunqen, 17. Veranderte Auflaqe, Prestee-Verlaq Munchen 1966
Həmçinin bax Azərbaycan dəmir yolları Dəmir yolları Qalakənd Gədəbəy rayonu Verner fon Simens
İstinadlar Kateqoriya:Azərbaycandakı dəmiryol xətləri Kateqoriya:Azərbaycanda dəmiryol nəqliyyatı