Zəfər tağı () Şimali Koreyanın paytaxtı, Pxenyanda yerləşir. Abidə 1925–1945-ci illər aralığında Yaponiya hücumlarına qarşı Koreya müqavimətini təcəssüm edir. Bu, Mexiko şəhərində yerləşən Monumento a la Revolusion adlanan zəfər tağıdan sonra dünyanın ikinci ən hündür zəfər tağı hesab olunur.

İnşası 1982-ci ildə başlamış və prezident Kim İr Senin Koreyanın müstəqilliyi uğrunda göstərdiyi hərbi roluna görə tikilmişdir. Abidənin açılışı isə onun 70 illiyinin qeyd olunduğu günə təsadüf etmişdir.McCormack, Gavan, Target North Korea: Pushing North Korea to the Brink of Nuclear Catastrophe, p. 59. Nation Books, 2004, .

Dizayn Abidənin struturu Parisdə yerləşən zəfər tağıdan götürülmüş lakin ondan 10 metr (33 ft) daha uzun inşa edilmişdir. Abidə bir çox otaqlardan, müşahidə platformalarından və liftlərdən ibarətdir. Həmçinin burada 4 qübbəli darvazalar var ki, bunlarında hər biri 27 m (89 ft) hündürlükdədir və üzərilərinə kalmia həkk edilmişdir. Abidənin üzərinə inqilabi himn hesab olunan "General Kim İr Senin musiqisi" və həmçinin Koreyanın azadlıq tarixi hesab edilən 1945 yazısı həkk edilmişdir.

Abidə gecələr işıqlandırılır və hər hansı elektrik nasazlığını önləmək üçün özünün dizel generatoru var.

İstinadlar Kateqoriya:Şimali Koreya