IX korpus qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film "Səlnamə" kinostudiyasında istehsal edilmişdir. Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib.
Məzmun Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. Filmdə korpusun daxilində “Ruskaya çetna” adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan və qəhrəmanlığından bəhs edilir.
Mükafat 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib.
Filmin üzərində işləyənlər Ssenarist: Andrey Malniç (Sloveniya), Tahir ƏliyevRejissor: Tahir ƏliyevOperator: Elşən Həsənoğlu
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı2012-ci ilin Azərbaycan filmləri2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:2012-ci ilin Azərbaycan filmləri