Adil Hüseyn oğlu Quliyev () — əfsanəvi Azərbaycan təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı (1-ci Baltikyanı cəbhəsi, 3-cü aviasiya ordusu, 1-ci qvardiya qırıcı aviasiya korpusu, 4-cü qvardiya qırıcı aviasiya diviziyası, 65-ci qvardiya qırıcı aviasiya polku eskadrilya komandirinin müavini). 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü.

Həyatı 1922-ci ildə Bakıda anadan olmuşdur. Bakı 14 saylı məktəbi bitirmişdir. (Bəzi məlumatlara görə 132 saylı məktəb). 1941-ci ildə hərbi xidmətə çağrılmış və 1942-ci ildə Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirmişdir.

1942-ci ilin oktyabrından Belorussiya, Pribaltika və Şərqi Prussiya səmalarında vuruşmuşdur. 14 mart 1943-cü ildə Staraya Russa şəhəri yaxınlığında təyyarəsi vurulmuşdu. O, təyyarəni cəbhə xəttinə qədər çatdırıb, paraşütlə tullanmış və öz tərəfimizə keçə bilmişdi.

Sovet İttifaqı Qəhrəmanı adı, Lenin ordeni və 5932 №-li Qızıl Ulduz medalı ona 1945-ci ilin 23 fevralında verilmişdir.

1956-cı ildə Hərbi Hava Qüvvələri Akademiyasını bitirmişdir. 1966-cı ildə polkovnikrütbəsində istefaya çıxmışdır. Uzun müddət Bakı Aeroportunun rəisi işləmişdir.

SSRİ Ali Sovetinin deputatı olmuşdur.

3 Lenin ordeni, Qırmızı Bayraq ordeni, Aleksandr Nevski ordeni, I və II dərəcəli Vətən Müharibəsi ordenləri və Qırmızı Ulduz ordeni ilə təltif edilmişdi.

Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Filmoqrafiya Qanadlara yiyələnərək… (film, 1974)

Ədəbiyyat Berlində görüşənədək. Bakı, 1975; Alov var! Bakı, 1985; Azərbaycanın Qızıl Ulduzları.Bakı, 1975 Абасов М.Г. На крыльях мужества,Баку.1975

İstinadlar

Mənbə Кулиев Адиль Гусейн оглы

Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycan hərbi pilotları Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları Kateqoriya:SSRİ hərbi pilotları