Binhemton () — ABŞ-nin şimal-şərqində şəhər. Nyu-York ştatında, Saskuehanna çayı sahilindədir."Find a County". National Association of Counties. Archived from the original on 2011–05–31. Retrieved 2011–06–07. Binhemton Binhemton metropoliteninin əsas şəhər və mədəniyyət mərkəzidir, əhalisinin sayı 250 000 nəfərə çatır."American FactFinder". United States Census Bureau. Archived from the original on 2013–09–11. Retrieved 2011–05–14. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən şəhərin mərkəzində məskunlaşan əhalinin sayı 47376 nəfərdir."US Gazetteer files: 2010, 2000, and 1990" . United States Census Bureau. 2011–02–12. Retrieved 2011–04–23.
Dəmir yolunun yarandığı ilk günlərindən Binhemton nəqliyyat qovşağı və istehsal mərkəzi idi və müxtəlif vaxtlarda siqaret, ayaqqabı və kompüter istehsalı ilə tanınmışdır"Location, Geography, Historical Brief" . City of Binghamton, New York. Retrieved 31 August 2013.. IBM-in yaxınlıqda qurulması və uçuş simulyatorlarının icad edilməsi ilə elektronik və müdafiə mərkəzləri diqqət çəkməyə başladı. Bu davamlı iqtisadi rifah Binhemtona Şans Vadisi adını qazandırdı.Smith, Gerald (2006). Partners All: A History of Broome County, New York. Virginia Beach, VA: The Donning Company. ISBN 978-1-578-64339-4. Lakin, soyuq müharibə başa çatdıqdan sonra müdafiə şirkətləri tərəfindən həyata keçirilən ixtisarlardan sonra region istehsal sənayesinin əhəmiyyətli bir hissəsini itirdi."Don't Stop There! Five Adventures in Civic Journalism". Pew Center for Civic Journalism. Archived from the original on 13 November 2013. Retrieved 31 August 2013.
Bu gün yüksək texnologiya firmaların bölgəyə davamlı axını müşayiət olunur və bu da Binhemtonun səhiyyə və təhsil mərkəzi kimi tanınmasına gətirib çıxarır. Şəhərdə yerləşən Binhemton Universiteti baş verən iqtisadi canlanmanın əsas hərəkətverici qüvvəsi hesab olunur.Harris, Jon (19 June 2013). "Southern Tier jobs shift from manufacturing to service industry". Press & Sun-Bulletin. Binghamton, NY. Archived from the original on 31 August 2013. Retrieved 31 August 2013.
Tarixi left|thumb|222x222px|Dəmiryol Terminalı tarixi bölgəsinin bir hissəsi
Erkən məskunlaşma Bu əraziyə gələn Avropalıların ilk nümayəndələri 1779-cu ildə ABŞ İstiqlal müharibəsi zamanı Onondaqa və Oneyda qəbilələrinin yerli kəndlərini məhv edən Sullivan ekspedisiyasının qoşunlarıdır. Şəhər 1786-cı ildə 10 min hektar torpaq patentini almış Filadelfiyanın zəngin zadəganı Villiam Binhemin şərəfinə adlandırılmışdır, daha sonra Yunion və Çenanqonun şəhərləri də tərkibinə qatılmışdır."Binghamton: Building the Parlor City" . WSKG. Retrieved 31 August 2013. Binhemin torpaq agenti Coşua Vitni şəhərin salınması üçün Çenanqo və Saskuehanna çayları qovşağında yer seçmiş, sonra bu ərazini "Çenanqo nöqtəsi" adlandırmış və yolların inşasına və ilk körpünün tikilməsinə kömək etmişdi.Hinman, Marjory (1996). Whitney's Town. Binghamton, NY: Broome County Historical Society. Kənd təsərrüfatının davamlı inkişafı 1834-cü ildə Binhemton kəndinin yaardılmasına gətirib çıxardı.
1837-ci ildə tamamlanan Çenanqo kanalı Binhemtonu Eri kanalına bağladı və bölgə sənayesinin ilkin inkişafına təkan oldu.McFee, Michele (1993). Limestone Locks and Overgrowth: The Rise and Descent of the Chenango Canal. Fleischmanns, NY: Purple Mountain Press. ISBN 978-0-935-79644-5. Bu artım 1849-cu ildə Binhemton və Nyu-York şəhərləri arasında Eri dəmiryolunun tamamlanması ilə sürətləndi."Erie History" . Erie Railroad Historical Website. Retrieved 31 August 2013. Delaver, Lakavanna və Qərb dəmiryolları qısa müddət ərzində ərazidən keçdi, beləcə şəhər, mühüm regional nəqliyyat mərkəzinə çevrildi."DL&W, Erie, and D&H Early Binghamton History" . Susquehanna Valley Railway Historical Society. Retrieved 31 August 2013. 1858-ci ildə Binhemtonda bir sıra yeni binalar tikilir, bunlardan biri də 1858-ci ildə Birləşmiş Ştatlarda alkoqolizmi xəstəlik kimi müalicə etmək üçün ilk mərkəz olan Nyu-York Ştatı Alkoqolizmi Müalicə Mərkəzidir."New York State Inebriate Asylum". National Historic Landmark summary listing. National Park Service. 15 September 2007. Archived from the original on 24 October 2013. Retrieved 31 August 2013.
Şans vadisi: İstehsal mərkəzi kimi böyümə thumb|Roberson köşkündə qonaq otağı. Binhemton 1867-ci ildə şəhər kimi birləşdirildi və çox sayda möhtəşəm binalara ev sahibliyi etdiyi üçün Dəbdəbəli Şəhər (Parlour) ləqəbini aldı. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində əksər immiqrantlar iş yerləri tapmaq üçün bölgəyə köçdülər. 1880-ci illərdə Binhemton Birləşmiş Ştatlarda ikinci ən böyük siqaret istehsalçısı oldu. 1920-ci illərin əvvəllərində əhalinin rifah səviyyəsini yüksəltmək üçün yerli sakinlər üçün bir sıra imkanlar yaradan və ayaqqabı istehsalçısı kimi tanınan Endikot Conson regionun əsas sahibkarı hesab edilirdi.McGuire, Randall (2000). "Chapter 13: Building Power in the Cultural Landscape of Broome County, New York, 1880–1940". In Thomas, Julian. Interpretive Archaeology: A Reader. Continuum. pp. 228–245. ISBN 978-1-441-17929-6. Sonralar Avropalıların böyük bir hissəsi Binhemtona köçdü və işçi sinfinin rifahı bölgəsi kimi tanınan bu şəhərin Şans Vadisi adlandırdırılmasına gətirib çıxartdı left|thumb|Kort küçəsi, 1910-cu il 1913-cü ildə Binhemtonda geyim şirkətinə silahlı hücum nəticəsində 31 nəfər həlak oldu, bu da Nyu-Yorkun Silah Qanunlarına çoxlu islahatlar gətirdi."The fire at Binghamton" . New York Times. 24 July 1913. Retrieved 31 August 2013.Simonson, Mark (July 19, 2008). "Binghamton fire spurred improved safety laws" . The Daily Star. Oneonta, NY. Retrieved 31 August 2013. 1935 və 1936-cı illərdə baş verən daşqınlar çox sayda insanın ölümü ilə nəticələndi və Ferri küçəsindəki körpünü (indi Klinton Küçəsi Körpüsü) tamamilə dağıtdı. Daşqınlar dağıdıcı idi və sonralar Saskuehanna və Çenanqo çayları uzunluğu boyunca daşqından müdafiə divarlarının tikintisi ilə nəticələndi.Coates, Donald (1976). "Geomorphology in legal affairs of the Binghamton, New York, metropolitan area". GSA Special Papers. 174: 111–148. doi:10.1130/SPE174-p111 .
İkinci dünya müharibəsi zamanı qlobal texnologiya lideri hesab edilən İBM Böyük Binhemtonda təsis edildi .Eisenstadt, Peter; Moss, Laura-Eve, eds. (2005). "IBM" . The Encyclopedia of New York State. Syracuse, NY: Syracuse University Press. ISBN 978-0-815-60808-0. Retrieved 31 August 2013. Binhemtondakı Edmun Link şirkətinin uçuş simulyatorunun ixtirası ilə yanaşı, IBM regionun yüksək texnologiya sahəsində inkişafını təmin etdi. Şəhərin digər mühüm istehsalçılarına Ansko və General Electric daxil idi. Soyuq müharibə başa çatana qədər bölgə özünün müdafiə yönümlü sənayelərinə görə iqtisadi böhrana məruz qalmamışdı. Binhemton şəhərinin əhalisi 1950-ci illərin ortalarında 85 000-ə çatdı.A Brief History of Binghamton, NY, The Parlor City. Binghamton, NY: Binghamton Public Library. 1984.
Tənəzzülü və yenidən dirçəlişi Müharibədən sonra şəhərətrafı bölgənin inkişafı şəhərin mərkəzi hissəsində əhalinin sayının azalmasına gətirib çıxardı, çünki bu zaman Vestal və Yunion şəhərləri sürətlə böyümüşdü. Binhemtonun texnologiya sənayesinin həyata keçirdiyi islahatlara baxmayaraq, ənənəvi istehsalçılar tənəzzülə uğradılar. Bu vəziyyəti aradan qaldırmaq üçün 1960-cı və 1970-ci illərin əvvəllərində şəhərdə bir sıra yeni binaların inşasına başladılar, beləcə şəhərdəki bir sıra qədim binalar söküldü. İnşa prosesinə Hökumət Sarayı, Brum Əyalətində Veteranların Xatirə Abidəsi və Brandivayn magistral yolu və başqa binalar daxidir.Heavey, James (22 March 1961). "$80,000,000 Public-Private Outlay Urged to Rebuild Mid-City Area" (PDF). The Evening Press. Binghamton, NY. Retrieved 31 August2013."Five-Stage Plan Is Urged to Cushion Impact" (PDF). The Sunday Press. Binghamton, NY. 13 January 1963. Retrieved 31 August 2013.Fitchette, Woody (13 November 1968). "City Gets $6,363,571 Project 1 Renewal Aid" (PDF). The Binghamton Press. Binghamton, NY. Retrieved 31 August2013. Digər bölgələrdə olduğu kimi, burada da həyata keçirilən yenidənqurma layihələr çərçivəsində Binhemton regionun dövlət və mədəniyyət mərkəzi kimi inkişaf etsə də, əvvəlki itkilərinin əksəriyyətini bərpa edilmədi. Şəhərin əhalisi 1969-cu ildə təxminən 64 000 nəfərdən 1980-ci illərin əvvəllərində 56 000-nəfərədək azaldı.Platsky, Jeff (2016–06–30). "Former Binghamton Mayor Al Libous dies" . Press & Sun-Bulletin. Retrieved 2016–07–16.
left|thumb|20-ci Hovli küçəsi, Binhemton, Nyu-York. thumb|2011-ci ildə tropik Li qasırğasının törətdiyi daşqından sonra şəhər. 1991-ci ildə Sovet İttifaqının dağıldığı zaman Soyuq müharibənin başa çatması ilə Böyük Binhemtondakı müdafiə sənayesi sektoru ləngiməyə başladı, nəticədə bir sıra müəssisələr bağlandı və işçilər işdən azad edildi."History" . City of Binghamton, New York. Retrieved 31 August 2013. İxtisarlar IBM Federal Sistemlər bölməsində daha çox hiss edilirdi; burada da bir neçə min işçi işdən çıxarıldı. Yerli iqtisadiyyat dərin tənəzzülə məruz qaldı və 1990-cı ildən 2013-cü ilə qədər istehsal sənayesi 64% azaldı.Platsky, Jeff (7 March 2013). "Binghamton region gains 100 jobs, but manufacturing at all-time low". Press & Sun-Bulletin. Binghamton, NY. Archived from the original on 31 August 2013. Retrieved 31 August 2013. 2009-cu il aprelin 3-də Amerika Mülki Birliyində (Binhemton) kütləvi atışma baş verdi, nəticəsə silahlı şəxs ilə birlikdə 14 nəfər həlak oldu.Esposito, Richard; Thomas, Pierre; Goldman, Russell; Potter, Ned; Michels, Scott (3 April 2009). "Binghamton Rampage Leaves 14 Dead, Police Don't Know Motive" . Nightline. ABC News. Retrieved 31 August2013.
XXI əsrdə şəhər yenidən canlanma üçün öz iqtisadi bazasını müxtəlifləşdirməyə başladı. Yerli iqtisadiyyat yavaş-yavaş xidmət və səhiyyə sənayelərinə yönəldildi. 2007-ci ildə Bimhemton Universitetinin tələbə şəhərciyi inşa edildi"Campus Facilities" . Binghamton University, bu hadisədən sonra şəhərdə tələbə yataqxanalarının tikintisinə başladılar."Binghamton & Regional Economy" . City of Binghamton, New York. Retrieved 31 August 2013. Bundan əlavə tələbələr üçün digər təhsil layihələri də planlaşdırılırdı və şəhərin mərkəzi hissəsində əhalinin artması üçün islahatlar həyata keçirilirdi.Robinson, David (27 December 2013). "A year of revival for downtown Binghamton". Press & Sun-Bulletin. Binghamton, NY. Archived from the original on 31 August 2013. Retrieved 31 August 2013. Təəssüf ki, bir müddət sonra şəhərdə baş verən ağır daşqınlardan sonra bərpa işləri yarımçıq qaldı. 2006-cı ildə daşqınlarının böyük hissəsinin şəhərətrafı ərazidə baş verməsinə baxmayaraq, tropik Li qasırğasının qalıqları 2011-ci ilin sentyabrında şəhərin daşqından müdafiə üçün tikilən bəndlərini dağıtdı və Böyük Binhemtona 1 milyard dollar zərər vurdu.Masters, Jeff (14 December 2011). "Tropical Storm Lee's flood in Binghamton: was global warming the final straw?" . Dr. Jeff Masters' WunderBlog. Weather Underground. Retrieved 31 August 2013.
Coğrafiyası
Şəhərin görünüşü thumb|Konfluens parkı Birləşmiş Ştatların Siyahıyaalma Bürosuna görə şəhərin ümumi sahəsi 28,9 kvadrat kilometrdir. Bunun 27,2 kvadrat kilometrini torpaq sahəsi, 1,7 kvadrat kilometrini isə (5,83%) su sahəsi təşkil edir. left|thumb|290x290px|Şəhərin gecə mənzərəsi