"Lenkoran" () — Rusiya imperiyasına aid Xəzər donanmasının dəmir korpuslu təkərli paroxod. Adı Xəzər dənizinin cənub şəhəri Lənkəranla bağlıdır.

Paroxodun təsviri Dəmir korpuslu təkərli paroxod. Gəminin uzunluğu 50,29 metr, eni 9,45 metr, suya oturma dərəcəsi 3,5 metr təşkil edir. Gəmiyə 100 at güclü buxar maşını quraşdırılıb.Пароходы Каспийской флотилии  (rusca). randewy.ru

Xidmət tarixi "Lenkoran" təkərli paroxodun əsası Hollandiyada qoyulub. Dağıdılmış şəkildə Həştərxana gətirilib, orada toplanmışdı və 1845-ci ilin oktyabrında suya buraxıldı.

"Kura" və "Tarki" parxodları ilə birlikdə 1845-ci ildə Xəzər dənizində gəmiçiliyin əsasını qoyan ilk paroxodlardan idi.Николай Андреевич Аркас  (rusca). hrono.ru

1855-ci ildə leytenant N.T, Yefimovun komandanlığı altındaОренбургская Шевченковская энциклопедия  (rusca). kraeved.opck.org.  Xəzər dənizinin şərq hissəsinin limanları üzrə hərəkət edirdi. Leytenant N.T, Yefimovun Novopetrovskda sürgün çəkən Taras Şevçenko ilə yaxşı tanışlıq əlaqələri vardır, rəssam gəminin heyət üzvləri ilə tez-tez ünsiyyətdə olurdu və öz işlərini onlara göstərirdi.

1860-cı ildə paroxod "Kavkaz və Merkuriy" cəmiyyətinə verildi.

İstinadlar

Ədəbiyyat Широкорад А. Б. 200 лет парусного флота России / Под ред. А. Б. Васильева. — 2-е изд. — М.: «Вече», 2007. — Т. 3. — 448 с. (rusca) Чернышёв А. А. Российский парусный флот. Справочник. — М.: Воениздат. — (Корабли и суда Российского флота). (rusca) Kateqoriya:Əlifba sırasına görə gəmilər