Orn (normand dilində və ) - Fransanın şimal-qərbində departament, Aşağı Normandiya regionunun departamentlərindən biri. Seriya nömrəsi - 61. İnzibati mərkəzi - Alanson. Əhalisi - 301.421 nəfər (2010-cu ilin məlumatına görə departamentlər arasında 76-cı yeri tutur).

Coğrafiyası Ərazisinin sahəsi 6103 kv. km.-dir. Departamentin ərazisindən adını götürdüyü Orn çayı axır. Departament 3 dairə, 40 kanton və 505 kommunanı birləşdirir.

Tarixi Orn — 1790-cı ilin mart ayında yaranmış 83 departamentdən biridir. Keçmiş Normandiya və Perş əyalətləri ərazisində yerləşir.

Qalereya

Həmçinin bax Lo və Qaronna Yuxarı Reyn

İstinadlar Prefektura veb saytı (Fransızca) Baş Konsulluq veb saytı  (Fransızca) Normandiyada, Ornda turizm üçün rəsmi vebsayt (Fransızca)

Kateqoriya:Fransa departamentləri