SMS Blücher ("SMS" (Abreviaturanın açılışı "Seiner Majestät Schiff"), Alman dilindən tərcümədə "Əlahəzrətin Gəmisi" deməkdir. tələffüzü: SMS Blüşer) — Almaniya İmperatorluq Donanmasının son emal edilən zirehli kreyseri. Alman kəşfiyatına görə, səhv olaraq Britaniyanın Invincible sinfi döyüş kreyseri sinfinə aid olduğu zənn edilən xüsusiyyətlərə görə hazırlanan Blücher, əvvəlki zirehli kreyserlərə görə daha böyük olub, daha çox ağır silah daşısa da böyüklük və silah baxımından Böyük Britaniya ilə Almaniya donanmalarında zirehli kreyserlərin yerinə gətirilən döyüş kreyserləri ilə rəqabət edə biləcək mövqedə deyil idi. Gəmi, adını 1815-ci ildəki Vaterlo döyüşündə Prussiya qüvvələrinə rəhbərlik edən General-feldmarşal Qebhard Leberext von Blüşerdən almışdı.Rüqer, s. 60

Blücher, 1907-ci və 1909-cu illəri arasında Kil şəhərindəki Kaiserliche Werft Kiel () limanında inşa edilmişdir. Gəmi ilk səfərinə 1 oktyabr, 1909 tarixində başlamışdır. Birinci Dünya müharibəsinin ilk mərhələləri də daxil olmaq üzrə vəzifə müddətinin çoxunu I Kəşfiyyat Qrupuna bağlı olaraq keçirən Blücher, 1914-cü ildə Skarborou, Hertlepol və Vitbi ilə Yarmot basqınlarında iştirak etmişdir.

24 yanvar 1915 tarixində baş vermiş Doqqer Bank döyüşü əsnasında, vitse-admiral Deyvid Bitti əmrindəki Britaniya döyüş kreyseri donanmasının top atışlarında zərər görən Blücher, yavaşladı. Kontr-admiral Franz von Hipper, alman döyüş kreyserlərini təqib edən Britaniya donanmasının fikrini yayındırmaq üçün Blücher-i arxada buraxdı. Britaniya gəmilərinin ağır artilleriya atəşi qarşısında gəmi batarkən, həyatda qalan alman ekipajı britaniyalı əsgərlər tərəfindən xilas edilirdi. Bir alman zeplininin batmaqda olan Blücher-i Britaniya donanmasına aid olan bir döyüş kreyseri zənn edərək səhvən bombalaması səbəbiylə Britaniya əsgərləri məcbur olaraq geri çəkildilər. Verilən itkilərin sayı qəti olaraq bilinmir, amma təxmin edilir ki, 747–1.000 arasındadır.

Dizaynı Alman zirehli kreyseri "Große Kreuzer" () olaraq adlandırılırdı və bir çox vəzifəni yerinə yetirə bilmək üçün inşa edilirdi. Gəmilər, düşmən donanmalarının kəşfiyyat hərəkətlərinə maneə törətməklə birlikdə, düşmən gəmiləri ilə döyüşə bilmək üçün dizayn edilmişdi.Steff, s. 3 Ən köhnə zirehli kreyser olan "Fürst Bismarck" (), 1900-cü ildə Çində çıxan Bokser qiyamını basdıra bilmək üçün dərhal Çinə gətirilmişdi. Sonrakı zirehli kreyserlər (Scharnhorst sinfi zirehli kreyserlər xaric) kəşfiyyat vəzifəsini yerinə gətirmək üçün donanmaya xidmət etdilər.Qardayner & Qrey, s. 142

1906-cı ilin may ayının 26-da Reyxştaq, Blücher ilə birlikdə Nassau sinfi zirehli döyüş gəmiləri üçün lazımlı fondu təmin etdi. Gəmi, əvvəlki zirehli kreyserlərdən daha böyük və daha güclü olacaqdı, Blücher daha güclü quruluşdakı dizaynını gizli bir cəhd olaraq qorudu.Qardayner & Qrey, s. 134 Gəmi, "E" müvəqqəti adı ilə sifariş edildi. O dövrdə rəqib olan Britaniya donanmasının zirehli kreyseri, Blücher-in dizaynında təsirli oldu. Almanlar, yeni Britaniya gəmilərinin altı və ya səkkiz ədəd 23 sm-lik top daşıyacağını düşünürdüHerviq, s. 45. Buna reaksiya olaraq, Blücher-in dizaynında on iki ədəd 21 sm-lik ana batareyanın qoyulmasına icazə verildi, bu toplar altı ədəd əkiz turretlərində iki sıra olaraq quraşdırılacaqdı. Bu, Blücher-in səkkiz ədəd 21 sm-lik top daşıyan Sharnhorst sinfi kreyserlərdən daha güclü atəş gücünə sahib olacağını göstərirdi.Qröner, s. 52

Son qərardan bir həftə sonra Blücher-in istehsalına icazə verildi. Digər tərəfdən Almaniya hərbi attaşesi Britaniyanın Invincible sinfi kreyserlərin əsl xüsusiyyətlərini əldə etmişdi. Əslində HMS Invincible, zirehlilərdəki ilə eyni olan səkkiz dənə 30,5 sm-lik top daşıyırdı. Çox vaxt keçmədən, bu gəmilərin döyüş kreyseri adında yeni bir döyüş gəmisi sinfinin xəbərçisi olduğu müəyyən olacaqdı. Invincible sinfinin detalları gün işığına çıxdığında, Blücher-in dizaynını dəyişmək üçün artıq gec idi. İşin içinə yeni bir dizayn üçün lazımlı fondun olmaması da daxil olduğunda, gəmi üçün edilən işlər plana görə davam etdi.Steff, s. 3–4 Beləliklə Blücher, daha inşası başlamadan köhnəlmiş bir gəmi halına gəldi. Blücher, ilki 1907-ci ildə sifariş (SMS Von der Tann) olunan yeni kreyserlərdən belə keyfiyyətcə geridə qaldı.Steff, s. 4 Buna baxmayaraq Blücher, Almaniyanın döyüş kreyseri flotundakı yerini qorudu.Müasir alman dəniz doktrinası, bir kəşf qrupunun ən az dörd böyük gəmi və ya yarım heyət ilə meydana gəlməsi üçün çağırış etmişdi. Bax. Filbin, s. 119, Şe\er, s. 13. flotdakı ən böyük qeyri-döyüş gəmisi olan Blücher sıxlıqla dördüncü olaraq işlədilirdi. Nəticədə Blücher-in Alman hökumətinəümumi xərci 28.532.000 Qızıl marka olmuşdur.Qröner, s. 53

Ümumi xüsusiyyətləri Blücher-in su xətti uzunluğu 161.1 metr, tam uzunluğu isə 161.8 metr idi. Gəminin genişliyi 24.5 metr idi, amma yan tərəflərdə yerləşən torpedo balonları da sayılsa bu genişlik 25.62 metr olar. Blücher-in ön su cizgisi 8.84 metr, ayaq su cizgisi isə bir az daha kiçik (8.56 metr) idi. Gəminin təməli inşa edildiyində 15.842 ton idi ancaq bu ədəd 17.500 tona qədər arta bilərdi. Blücher-in gövdəsi eninə və boyuna polad skeletə sahib idi. Gəmidə yerləşən 13 ədəd su keçirməz bölmə və cüt qatlı gəmi bazası, gövdə uzunluğunun təxminən %65-lik hissəsində yerləşirdi.

Almaniya donanma arxivlərindəki sənədlərə görə Blücher-in yüngül mailliyi və dənizdəki nazik manevrləri məmnuniyyət verici idi. Lakin gəmi prokat oxunda tez-tez tarazlığını itirir və tam sükan 10°-ə qədər yana yataraq sürətinin %55-i itirirdi. Blücher-in metasentrik yüksəkliyi 1.63 m idi. Flotun bayraq gəmisidə olanda, əlavə edilən 14 zabit və 62 dənizçiylə birlikdə gəmidə 41 ədəd zabit və 812 ər var idi. Blücher həmçinin bir çox kiçik vasitə də daşıyırdı. Bunların arasında iki polis bölməsi gəmisi, üç mavna, iki döyüş avarlı qayığı, iki yelkənli və bir qayıq var idi.

Mühərrik Blücher, üç dənə şaquli 4-silindrli üçlü genişləndirici buxar maşını ilə təchiz olunmuşdu. Hər maşın bir pərvanəni döndürürdü. Ortadakı pərvanənin diametri 5,3 metr, yan tərəfdə yerləşən pərvanələrin diametrləri isə bir az daha böyük idilər (5,6 metr). Gəmi kiçik bir sükana sahib idi. Pərvanələrə nəzarət edən üç maşının hər birinin özünə xas maşın dairəsi var idi. Hər maşın dairəsində altı ədəd dəniz tipi buxar qazanı var idi. Gəminin kömürlə işləyən cəmi 18 ədəd buxar qazanı var idi. Gəmi, maksimum 24,5 düyün (45,4 km/s) ilə getmək üçün hazırlanmışdı, lakin sınaqlarda maksimum sürət 25,4 düyünə (47 km/s) çatmışdır. 12 düyün (22 km/s) seyr sürəti ilə Blücher 6.600 dəniz mili (12.200 km) uzağa gedə bilirdi. Seyr sürəti 18 düyün (33 km/s) olduğunda isə mənzili 3.250 dəniz milinə (6.020 km) düşürdü. Gəmi 900 ton kömür daşıya biləcək şəkildə hazırlanmışdır, ancaq göyərtədəki boşluqların da doldurulması ilə yanacaq tutumu 2.510 tona çıxmışdır. Gəminin elektrik ehtiyacı isə 225 voltda, 1.000 kilovatta qədər elektrik təmin edə bilən altı ədəd turbo-generator tərəfindən qarşılanırdı. Digər tərəfdən Blücher, dövr etibarilə ikitaktlı mühərrikdən istifadə edən döyüş gəmilərinin tarixdə görmüş olduğu ən yüksək gücü 43.886 at gücü (32.726 kV) ilə 1909-cu ildəki sınaqlarında tutmuşdu.Fridmen, s. 91

Silahlar Blücher, on iki ədəd 21 sm-lik (8,27 düyüm) SK L/45Alman İmperatorluq Donanması ədəbiyyatında "K" hərfi Kanone () deməkdir, L/40 isə top lüləsinin uzunluğunu bildirir. SK (abr. Schnelladekanone) isə topun sürətli doldurula bilən bir top olduğunu bildirir. Bu nümunədə, topun lüləsi 40 kalibrli uzunluğundadır, yəni top lüləsinin uzunluğu topun lüləsinin daxili diametrindən 40 dəfə böyükdür. topla təchiz edilmişdi. Bir cüt qabağa, bir cüt arxaya və digər iki cütlükləri də gəmi üst quruluşunun yanlarına olmaqla altı ədəd əkiz tarətə bu toplar yerləşdirilmişdi. Silah başına 85 mərmi olmaq üzrə cəmdə 1.020 mərmi tədarük edilə bilirdi. Hər mərmi 108 kq ağırlığında və 61 sm boyunda idiNavWeaps (21 sm/45).. Silahlar −5 dərəcəyə qədər endirilə və ya 30 dərəcəyə qədər yüksəldilə bilirdi. Maksimum mənzili 19.100 metr idi və dəqiqədə 4–5 mərmi ata bilirdi.Qardayner & Qrey, s. 140 thumb|313x313px|Blücher-in əsas batareyasını və zireh qorunmasını göstərən çizgi rəsmi MPL C/06 qazamatlara quraşdırılmış səkkiz ədəd 15 sm-lik (5,91 düym) SK L/45 top isə gəminin ikinci silahları idiSteff, s. 6 və bunlar gəminin hər iki yanında dördlü olmaqla gəmiyə ortalanaraq yerləşdirilmişdi. Bu silahlar, 13.500 metr uzaqlıqdan hədəfi vura bilirdi. Silah başına 165 mərmi olmaq üzrə cəmi 1320 mərmi tədarük edilməkdə və dəqiqədə 5–7 mərmi ata bilirdi. Mis patron içində 13,7 kq ağırlığındakı RPC/12 sövq yanacağıyla birlikdə mərmilər 45,3 kq ağırlığında idi. Mərminin lülə çıxış sürəti 835 m/dq idi və təxminən 1400 atışa qədər lülələr hissə dəyişdirilməyə ehtiyac duymayacağı gözlənilirdi.

Blücher həm qazamatlara, həm də hərəkli qaidələrə quraşdırılmış səkkiz dənə 8.8 sm-lik SK L/45 topları ilə təchiz edilmişdi, bu həm cığırlarda, həm də daşınar bazalarda quraşdırıla bilər. Bu silahlardan dördü, körpünün yaxınlığındakı qazamatlara, dördü gəminin burnundakı qazamatlara, dördü gəminin arxasındakı qazamatlara və qalan dördü isə gəminin üst quruluşunun arxa hissəsindəki hərəkətli qaidələrə quraşdırılmışdı. Toplar silah başına 200 mərmi olmaq üzrə cəmi 3.200 mərmi ilə tədarük edilmişdilər və dəqiqədə 15 mərmi ata bilirdilər. Böyük patlayıcı mərmilər, 3 kq ağırlığındakı itələyici yüklə birlikdə 10 kq ağırlığında idi. Bu silahların istifadəsinin gözlənilən müddəti 7.000 atəş idi.NavWeaps (8,8 cm/45) 8.8 sm-lik silahların maksimal mənzili 10.700 metr idi.

Blücher həmçinin dörd ədəd 45 sm-lik (18 düyüm) torpedo balonu ilə də təchiz edilmişdi. Torpedo balonlarının hamısı su altında olmaqla biri gəminin burnunda, biri ayağında, digər ikisi də gəminin bayraq və körpü hissələrində idi. Gəmi cəmi 11 ədəd torpedo balonu daşıyırdı. Torpedolar 110 kq ağırlığında döyüş başlığı daşıyırdı və mənzili təyin üçün iki ədəd sürət tənzimləmələri var idi. 32 düyün (59 km/sa) sürət ilə torpedoların mənzili 2000 metr idi və sürət 36 düyün (67 km/sa) olduğunda isə mənzil 1500 metrə düşürdü.

Zireh Dövrün digər alman əsas döyüş gəmilərində olduğu kimi, Blücher də Sementlənmiş Krupp Zirehi ilə təchiz edilmişdi. Zirehləndirilmiş göyərtədə qalınlığı 5–7 sm idi. Gəminin əhəmiyyətsiz hissələrində daha incə, gəminin əhəmiyyətli hissələrində isə daha qalın bir zirehdən istifadə edilmişdi. Mexanika dairələrinin, sursatlıqların və digər həyati ünsürlərin iştirak etdiyi orta hissədə kəmər zirehinin qalınlığı 18 sm idi. Gəminin daha az əhəmiyyətə sahib hissələrə doğru gövdə zirehinin qalınlığı 8 sm-ə qədər incəlirdi. Gəminin hər iki ucunda kəmər zirehi sıfıra qədər enirdi. Bütün kəmər zirehinin arxasında əlavə olaraq 3 sm-lik tik odunundan bir lay var idi. Zirehləndirilmiş kəmər, yalnız ön və arxa Taret arasında uzanan 3,5 sm-lik torpedo hissəsi ilə möhkəmləndirilmişdi.Qardayner & Qrey, s. 151

Gəminin ən ağır zirehləndirilmiş hissəsi isə ön komanda qulləsi idi. Yan tərəfləri 25 sm, damı isə 8 sm qalınlığında bir zireh ilə qorunmaqda idi. Damı 3 sm, yanları isə yalnız 14 sm olmaqla arxa komanda qülləsi daha yüngül şəkildə zirehləndirilmişdi. Gəminin mərkəzi qalası isə 16 sm qalınlığındakı bir zireh ilə qorunurdu. Zireh əsas batareyaların damında 8 sm, yanlarında isə 18 sm idi. 15 sm-lik silahları saxlayan qazamatları 14 sm-lik bir zireh qoruyurdu.

Xidmət tarixçəsi thumb|237x237px|SMS Blücher-in müharibə əvvəli çekilmiş şəkli, təx. 1913–1914. 11 aprel, 1908 tarixində dənizə endirilən Blücher, 1 oktyabr 1909 tarixində donanmaya qatılmışdır. 1911-ci ildə donanma topçuları üçün təlim gəmisi olaraq istifadə edilməyə başlandı. Von der Tann, Moltke və bayraq gəmisi Seydlitz kimi yeni döyüş kreyserləri ilə birlikdə 1914-cü ildə I Kəşfiyyat Qrupuna qatılmışdır.

Baltik dənizindəki fəaliyyətləri