Muğancıq, Muğan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Tarixi Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin adı sonralar Muğan kimi rəsmiləşdirilimişdirАрмянская ССР. Административнотерриториальное деление, Ереван, «Айастан», 1976. s.228. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.169, 1728-ci il mənbələrində Muğanlı kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.47, Qafqazın 5 verstlik xəritəsində Muğancıq kimiД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.178 qeyd edilmişdir.
Toponim muğanlı türk etnonimiШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.535-537ASE, VII c., B., 1983, s.85 əsasında formalaşmışdır. Muğancıq muğan və Azərbaycan dilində kiçilmə mənası bildirən -cıq şəkilçisindən ibarətdir. «Kiçik Muğanlı» mənasını ifadə edir. Muğanlılar Muğan düzündə yaşamış türkdilli Azərbaycan tayfalarının ümumi adıdır. Sonralar muğanlıların bir hissəsi şahsevən türk tayfasının tərkibinə daxil olmuşdurASE, VII c., B., 1983, s.85. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
İstinadlar
Kateqoriya:Eçmiədzin qəzasının kəndləri Kateqoriya:Gərnibasar mahalı Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri