Novdərə dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1092,3 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunun şimal-qərb yamacında zirvə. Gilançayın sol sahilində, Gilançay kəndindən 1 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin aşağı hissəsinə aid Arısu lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının tağ hissəsində yerfləşir. 

Həmçinin bax: Almalıdağ Xarxat dağı Kəsəndağ Keçəltəpə Arısu dağı

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri