Utilizasiya — məişət tullantılarının utilizasiyası — məişət tullantılarından qiymətli (əsasən metallar) və yanmayan (şüşə) komponentləri çıxarıldıqdan sonra üzvi maddələr yandırılaraq və ya qıcqırdılaraq enerji əldə etmək (bilavasitə və ya bioqaz almaqla) üçün, xammal isə tikinti materialı və kompost almaq üçün istifadə edilə bilər. Atmosferə atılan tullantıların utilizasiyası — sənaye qurğuları və binalar tərəfindən atmosferə atılan enerjidən və maddələrdən (qazşəkilli, toz halında, damcı halında) istifadə olunması. Məsələn: tərkibində kükürd olan qazlardan sulfat turşusunun alınması (əlvan metallurgiyada).

Sənaye tullantılarının utilizasiyası — sənaye tullantılarından təkrar xammal, yanacaq, gübrə və s. məqsədlər üçün istifadə olunması. Çirkab sularının utilizasiyası — məişət, leysan və ya sənaye sularının tərkibindəki faydalı komponentlərdən (həll olunmuş və ya asılı halda olan) istifadə edilməsi və ya təmizləndikdən sonra bu sulardan tarlaların və ya yaşıllıqların suvarılmasında istifadəsi. Çıxan qazların istiliyinin utilizasiyası — atılan sənaye istiliyindən texnoloji proseslərdə və ya qızdırıcı kimi istifadə edilməsi.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008

Həmçinin bax Məişət ekologiyası Balaxanı Sənaye Parkı

İstinadlar

Xarici keçidlər Bərk məişət tullantılarının təkrar emalı yolları İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasinin Qanunu

Kateqoriya:Ekologiya Kateqoriya:Su ehtiyatlarının mühafizəsi Kateqoriya:Tullantıların idarə olunması Kateqoriya:Ətraf mühitin mühafizəsi Kateqoriya:Bərpa olunan resurslar