Dr. Nərgiz Akif qızı Qurbanova (1975) — azərbaycanlı diplomat; Azərbaycanın Bolqarıstanda (2016–2021) və Polşada Fövqəladə və Səlahiyyətli Səfiri (2021—h.h.).

Həyatı Nərgiz Qurbanova 1975-ci ildən anadan olub.

Nərgiz Qurbanova 1990–1994-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Beynəlxalq münasibətlər" ixtisası üzrə ali təhsil alıb. 1995–1997-ci illərdə həmin universitetdə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr dərəcəsi alan Nərgiz Qurbanova, 1997–1999-cu illərdə Qərb Universitetində "Beynəlxalq menecment" ixtisası üzrə də magistr dərəcəsi alıb.

Nərgiz Qurbanova həm də Fransanın Nitsa Universitetində "Beynəlxalq hüquq" üzrə, İsveçin Yonçopinq Universitetində "Beynəlxalq biznes" üzrə təhsil alıb. 2014-cü ildə Avstriyanın Vyana Universitetində fəlsəfə üzrə doctor dərəcəsi alıb. İngilis, rus və fransız dillərində sərbəst danışır.

Nərgiz Qurbanova ailəlidir. Bir oğlu var.

Fəaliyyəti Nərgiz Qurbanova 2001–2010-cu illərdə Xarici İşlər Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Həmçinin 2004–2007-ci illərdə Azərbaycanın Avstriya səfirliyində, 2010–2013-cü illərdə isə Azərbaycanın ABŞ səfirliyində çalışıb.

Nərgiz Qurbanova Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli 1678 nömrəli Sərəncamına əsasən Azərbaycanın Bolqarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi. 5 il sonra isə o, İlham Əliyevin 8 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Bolqarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 8 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycanın Polşada Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi.

Təltifləri 50px (2009) — "Azərbaycan diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycanın Bolqarıstandakı səfirləri Kateqoriya:Azərbaycanın Polşadakı səfirləri Kateqoriya:XXI əsr Azərbaycan qadınları