Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film.

Məzmun Filmdə görkəmli kinooperator, rejissor və ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimi Rasim İsmayılovun xatirəsinə həsr olunur.

Film haqqında Filmdə "Səma ilə görüş", "Dağ meşəsindən keçərkən", "Yenilməz batalyon", "Sevil", "Yeddi oğul istərəm...", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Dədə Qorqud", "Sevinc buxtası", "Babək", "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Sizi dünyalar qədər sevirdim" filmlərinin, eləcə də "Danışan işıqlar" cizgi filminin kadrlarından istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operator: Zaur Haşımov Montaj: Araz Əjdərov, Rəşad Rəhimov Qrafika: Təkin Əfəndiyev Videomateriallar: Fuad Əhmədov İnzibatçı: Etibar Almazov Mətni oxuyan: Sevda Ağazadə (titrlərdə yoxdur) Redaktor: Səyavuş Məmmədov

Filmdə iştirak edənlər Rasim İsmayılov (arxiv; kinooperator, kinorejissor, ssenarist) Nadejda İsmayılova (Rasim İsmayılovun həyat yoldaşı) Rafiz İsmayılov (xalq rəssamı) Ruhəngiz Qasımova (bəstəkar)

Xarici keçidlər Filmi izlə

Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Rasim İsmayılov haqqında filmlər Kateqoriya:2012-ci ilin Azərbaycan filmləri