Rauf Məhəmməd oğlu Munçayev () — tarixçi-alim, 2000-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru, Qafqaz və Yaxın Şərqin qədim mədəniyyəti və tarixi, arxeologiyası üzrə mütəxəssis, 1991–2003-cü illərdə Arxeologiya İnstitutunun direktoru, Rusiya EA-nın müşaviri, tarix elmləri doktoru, professor.Dünya şöhrətli alim
Fəaliyyəti 1928-ci il 23 sentyabr tarixində Zaqatala şəhərində anadan olub. 1953–1955-ci illərdə SSRİ EA-nın Dağıstan filialının Ədəbiyyat, Dil və Tarix İnstitutunda işləyib. 1960–1964-cü illərdə "Sovet Arxeologiyası" jurnalının məsul katibi olub. 1968–1991-ci illərdə SSRİ EA-nın Arxeologiya İnstitutunun əməkdaşı kimi kiçik elmi işçi, böyük elmi işçi və direktor müavini vəzifələrini icra edib. 1971-ci ildən tarix elmləri doktorudur. 1985–1999-cu illərdə tarix elmləri üzrə AAK-nın ekspert şurasının üzvü olub. 1985-ci ildən Alman Arxeoloji İnstitutunun müxbir üzvüdür. 1986-cı ildə professor elmi adını almışdır. 1987–1999-cu illərdə tarixə qədərki dövrün tarixçilərin beynəlxalq ittifaqının icraedici komitəsinin və daimi şurasının üzvüdür. 1990-ci ildən Afrika və Şərq İtalyan İnstitutunun müxbir üzvüdür. 1991–2003-cü illərdə Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edib. 1994-cü ildən İctimai və humanitar elmlər üzrə Rusiya EA-nın Koordinasiya Şurasının üzvüdür. 1995–2006-cı illərdə Rusiya EA-nın Tarix Elmləri (sonralar Tarix və Filologiya elmləri) Bölməsininin Büro üzvü olub. 2000-ci il 26 may tarixindən Rusiya Elmlər Akademiyasının Tarix üzrə (Ümumi Tarix) müxbir üzvüdür. 2003-cü ildən Rusiya EA-nın müşaviridir. Rusiya EA-nın Arxeologiya İnstitutunun Dissertasiya Şurasının sədridir. 2004-cü ildən tarix, arxeologiya və etnoqrafiya üzrə Rusiya Humanitar Elmləri Fondunun ekspertlər şurasının sədridir. 2009-cu ildə Qafqaz Arxeologiyasının tədqiqi üzrə qrupun rəhbəri olub. 2009-cu ildən Dağıstan Dövlət Universitetinin fəxri professorudur. "Arxeologiya SSSR" çoxcildliyi nəşrinin redaksiya şurasının sədri, baş redaktor müavinidir. Müxtəlif vaxtlarda "Vorld Arxeoloci", "Sovetskaya Etnoqrafiya", "Rossiyskaya arxeologiya", "Vestnik drevney istoriyi", "Problemı İstoriyi, Filologiyi i kulturı" və "Obşestvennıe i qumanitarnıye nauki. Seriya. "İstoriya" jurnallarının redaktorlar kollegiyasının və şurasının tərkibinə daxil olumuşdur. Rauf Munçayev Qafqazın neolit, eneolit və erkən tunc dövrlərinin, o cümlədən də dolmen mədəniyyətinin tədqiqatçısı, Əfqanıstanda, Bolqarıstanda, Stavropol diyarında və Yaxın Şərqdə kompleks arxeoloji tədqiqatların rəhbəri kimi tanınır. 2015-ci il oktyabr ayının 27-də Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb. 2021-ci il iyul ayının 6-da Rusiyanın paytaxtı Moskvada 93 yaşında dünyasını dəyişib
Həmçinin bax Quram Marxuliya Rudolf İvanov Seyit Sertçelik Xəlil İnalcık Yusuf Halaçoğlu İlbər Ortaylı İsmayıl Seragəldin Şuxrat Salamov
İstinadlar
Xarici keçidlər Rauf Munçayev Vətəninə gəlib Dünya şöhrətli alim Kateqoriya:Rusiya arxeoloqları Kateqoriya:SSRİ arxeoloqları Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:XXI əsr tarixçiləri Kateqoriya:Rusiya Elmlər Akademiyasının müxbir üzvləri Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun fəxri doktorları