Rauf Adıgözəlov (tam adı: Rauf Zulfüqar oğlu Adıgözəlov; 22 noyabr 1940, Bakı, Azərbaycan SSR, SSRİ – 29 iyun 2002, Bakı, Azərbaycan) — Azərbaycanlı skripkaçı, müğәnni, professor, Əməkdar incəsənət xadimi (1991). Azərbaycan musiqisində misilsiz xidmətləri olan sənətkar.F.Xəlilzadə. Axşamlar günəş batsa da, səhərlər dan yeri ağarır. Şuşanın işğalından 20 il ötür.-Azərbaycan.-2012.-8 may.-S. 10.
Həyatı Rauf Zülfü oğlu Adıgözəlov 1940-cı il noyabrın 22-də Bakıda anadan olub. Onun atası Əməkdar artist, muğam ustası Zülfi (Zülfüqar) Səmədbəy oğlu Adıgözəlov Ağcabədinin Qaradolaq kəndindən idi. Şirxan Aranlı,AĞCAB ƏDİ (Ensiklopedik toplu).Bakı,2021.səh. 643 Muğam xanəndəsi Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açan Rauf uşaqlıqdan musiqiyə həvəs göstərib. Bu həvəslə 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. İkinci kursda oxuyarkən gənc ifaçıların I Zaqafqaziya müsabiqəsində iştirak edərək diploma layiq görülüb. Müsabiqədə münsiflər heyətinin üzvü, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru B.Bondarenkonun məsləhəti ilə həmin təhsil ocağında ifaçılığını daha da təkmilləşdirib. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, 1966-cı ildən isə Azərbaycan Dövlət Kamera Orkestrində çalışıb.
Məlahətli səsə malik Rauf Adıgözəlov mahnı janrının inkişafında da öz xidmətlərini əsirgəməyib. O həm orkestrdə çalışır, kamera ansamblında işləyir, digər tərəfdən bəstəkar mahnıları və romanslarda skripka ilə ifa edirdi. Rauf Adıgözəlov klassik və müasir bəstəkarların əsərlərini özünəməxsus zərifliklə ifa edirdi. Onun radioda müğənni kimi ilk çıxışı 30 oktyabr 1970-ci ildə baş tutub. Rauf Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasında gənc kadrlarında yetişməsində də böyük kömək göstərmişdi. Burada dosentlikdən professorluğadək yüksəlib.
Daha çox vokal və skripka ifaçısı kimi məşhurlaşan Rauf Adıgözəlov müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edib. 1996-cı ildə Misir Musiqi Akademiyasına professor kimi dəvət alıb. Bir neçə ildən sonra Bakıya gəlib. 2002-ci il iyunun 29-da vəfat edib.
Ailəsi Atası muğam xanəndəsi Zülfü Adıgözəlovdur. Böyük qardaşı bəstəkar, Azərbaycan Respublikasının xalq artisti Vasif Adıgözəlovdur. Dirijor, xalq artisti Yalçın Adıgözəlovun əmisidir.
İrsi 2003-cü il noyabrın 25-də Bakı Musiqi Akademiyasında Rauf Adıgözəlovun xatirə gecəsi keçirilmişdir. Tədbirdə Adıgözəlovun Azərbaycanı kənarda ölkələrdə də ləyaqətlə təmsil etdiyi vurğulanmışdır. Tədbirin sonunda Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilmişdir.
Həmçinin 2005-ci ilin yanvar ayında Azərbaycan Bəstəkarlar İttifaqının 70 illiyi münasibətilə Kamera musiqisi festivalı keçirildi. Tədbirdə I hissədə Rauf Adıgözəlovun xatirəsinə həsr olunmuş 11 saylı sonatası səsləndi. Sonatanın ifaçıları Lalə Həsənova (violino) və Fəridə Əhmədbəyova (piano) idi.
Təltif və mükafatları 1992 — Əməkdar incəsənət xadimi
İstinadlar
Həmçinin bax Zülfü Adıgözəlov Yalçın Adıgözəlov Vasif Adıgözəlov Azərbaycan musiqisi
Xarici keçidlər 36px|link=YouTube Rauf Adıgözəlov — "Qərənfil" mahnısı.
Kateqoriya:Azərbaycan klassik skripkaçıları Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Adıgözəlovlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri Kateqoriya:SSRİ kişi müğənniləri Kateqoriya:XX əsr skripkaçıları