Cənubi Buq — Ukraynanın cənub qərbində çay.Cənubi Buq// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 317. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Sahəsi Uzunluğu 806 km, hövzəsinin sahəsi 63,7 min km2.

Coğrafiyası left|thumb|Varvarovski körpüsü Podol yüksəkliyi və Qaradənizyanı ovalıqla axır. Qara dənizin Dnepr limanına tökülür. Yuxarı axını bataqlıqlaşmış ərazidən keçir; orta axınında astanalar var. Əsas qolları: sağdan Kolıma, Savranka; soldan Sinyuxa, İnqul. Qarışıq mənbədən qidalanır. Ortaillik su sərfi Aleksandrovka kəndi yaxınlığında 87,6 m³/san. Noyabrdan fevraladək donmuş olur. Fevralın sonu mayın əvvəlinə qədər gursuludur. Cənubi Buq hövzəsində ümumi sah. 268 km² olan 4 min göl və su anbarları var. Mənsəbindən Vinnıtsia şəhərinədək gəmiçiliyə yararlıdır. Balıq (suf, durnabalığı, xulbalıq, çömçə balığı) ovlanır. Suvarmada istifadə olunur. SES-lər var. Xmel nitski, Xmilnık, Vinnıtsia, Hayvoron, Pervomaysk, Voznesensk, Mikolayiv şəhərləri Cənubi Buq sahilindədir.

Qalereya

Həmçinin bax Qara dəniz Volqa Kolıma Vinnıtsia

İstinadlar

Xarici keçidlər Cənub Buq salçılıq

Kateqoriya:Ukrayna çayları