Yakub Jezniçak (; ) — müdafiəçi mövqeyində çıxış etmiş Polşa futbolçusu. Polşa milli futbol komandasının keçmiş üzvü.
Karyerası
Klub Erkən illərindən Jezniçak müdafiənin mərkəzi cinahında çıxış etmişdir. O, Legiya Varşava klubunda iki il davamlı çıxış etdikdən sonra ilk klubu olan Vidzev Lodz klubuna icarəyə verilmişdir. Yakub 2006-07 mövsümünün sonuna qədər bu klubda çıxış etmişdir. O, növbəti mövsümdə yenidən Legiya Varşava klubuna geri dönmüşdür.
6 iyul 2017-ci ildə Jezniçak Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qarabağ klubu ilə iki illik müqavilə imzalamışdır.
Milli karyerası Yakub Jezniçak bir müddət Polşa U-21 komandasında çıxış etmişdir. O, həmçinin Polşa milli futbol komandası ilə üç yoldaşlıq görüşündə də iştirak etmişdir.
Uğurları Qarabağ Azərbaycan Premyer Liqası (2): 2017/2018, 2018/2019
Legiya Varşava Ekstraklasa (5): 2005–06, 2012–13, 2013–14, 2015–16, 2016–17 Polşa Kuboku (6): 2007–08, 2010–11, 2011–12, 2012–13, 2014–15, 2015–16 Polşa Superkuboku (1): 2008
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Polşa futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Legiya Varşava FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Polşa milli futbol komandasının oyunçuları Kateqoriya:Polşanın kişi futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:III liqa futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular