Chansi — Hindistanın mərkəzi hissəsində, Uttar-Pradeş ştatında şəhər.Chansi// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 335-336. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Əhalisi Əhalisi 427,5 min (2007).

Coğrafiyası Malva platosunun şimal-şərq hissəsində, Camni çayının (Camna çayının qolu) sol sahilindədir. Mühüm dəmiryol və avtomobil yolları qovşağı.

Tarixi 1613-cü ildə Orçha racəsinin əmri ilə əsası qoyulmuş qalanın ətrafında yaranmışdır. Strateji əhəmiyyətinə görə Chansini Bundelk handın qapıları adlandırırlar. 17-ci əsrdən 19-cu əsrin ortalarınadək eyniadlı racəliyin paytaxtı olmuşdur. Lakşmi Bainin başçılığı ilə Hindistanda xalq üsyanının (1857–59) mərkəzlərindən biri idi.

Memarlığı Chansidə qala (1613), Rani-Mahal sarayı (1769–96, hazırda muzeydir), Maha- Lakşmi məbədi; Bundelkhand Universiteti (1975), Mühəndis-texnologiya institutu, Dövlət muzeyi var.

Sənayesi Qara metallurgiya, dəmiryol texnikasının təmiri üzrə müəssisələr fəaliyyət göstərir. Kustar sənətkarlıq (ipək məmulatların istehsalı və s.), xalçaçılıq inkişaf etmişdir. Chansi yaxınlığında Orçha şəhəri (əsası 16-cı əsrin əvvəllərində qoyulmuşdur), 16–17-ci əsrlərə aid sarayları, məbədləri və məqbərələri olan qala yerləşir.  

Qalereya

thumb|523x523px|Şəhərin görünüşü|center

Həmçinin bax Cammu Caypur Cəbəlpur Cəmşidpur Dehli

İstinadlar

Xarici keçidlər Chansi Chansi rəsmi internet səhifəsi

Kateqoriya:Hindistan şəhərləri