Antonin Dvorjak (; ) — çex bəstəkar, musiqidə romantizm cərəyanının təmsilçisi. Onun əsərlərində Moraviya və Bohemiyanın xalq musiqisi motivlərindən, elementlərindən geniş istifadə olunur. O, Bedrjix Smetana ilə birlikdə çex milli musiqi məktəbinin banisi sayılır. Əsas musiqi əsərlərinə "Yeni dünyadan" Simfoniya № 9 (ABŞ-də yazılıb), "Su pərisi" operası, Orkestrli violençel üçün konsert, "Amerika" simli kvarteti, Rekviyem, Stabat Mater və "Slavyan rəqsləri" aid edilir.
Həyatı Antonin Dvorjak 8 sentyabr 1841-ci ildə Çexiyada - Praqa yaxınlığında anadan olub. Bedřich Smetenanın musiqisini eşidib bəstəkar olmağa qərar verən Dvorjak elə Smetananın dirijoru olduğu Praqa Teatrında violençel ifaçısı kimi musiqi fəaliyyətinə başlayıb. Musiqi bəstələmək üçün 1873-cü ildə orkestrdən uzaqlaşıb və 1 il içində Avstriya milli mükafatını alan 3-cü simfoniyasını yazıb. Praqa, Kembric, Nyu York-da çalışan Dvorjak 1895-ci ildə Vətəninə geri dönüb.
Dvorjaka vətənpərvərlik mövzusunda yazdığı "Himn" kantatası, eləcə də "Slavyan rəqsləri" dünya şöhrəti gətirib. Dahi bəstəkarın qələmə aldığı "İnadkarlar", "Hiyləgər kəndli", "Su pərisi", "Yakobinçi" operaları çex milli opera repertuarının əsasını təşkil edib. 9 simfoniya, 10 opera, 5 simfonik poema, 5 uvertüra, skripka ilə orkestr üçün konsert, "Müqəddəs Lüdmila" oratoriyasının müəllifi Antonin Dvorjak 1 may 1904-cü ildə vəfat edib.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Çexiya bəstəkarları Kateqoriya:Çex bəstəkarlar Kateqoriya:Çexiyada doğulanlar Kateqoriya:Praqada vəfat edənlər Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:Vışeqrad qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XX əsr skripkaçıları Kateqoriya:Romantik bəstəkarlar Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:XIX əsr skripkaçıları Kateqoriya:Kilsə musiqisinin klassik bəstəkarları Kateqoriya:"Dünyanın yaddaşı" siyahısında olan obyektlər Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:Akademik kişi musiqi bəstəkarları Kateqoriya:Antonin Dvorjak Kateqoriya:Avropa musiqiçiləri Kateqoriya:Britaniya bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Orqançılar Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Praqa şəxsləri