Gilavar — il ərzində Azərbaycan şərq ərazisində, xüsusən də Abşeron yarımadasının Bakı və Sumqayıt şəhərləri, Şamaxı rayonu ərazisində əsən isti cənub küləyinin adıdır. Xəzri ilə birlikdə Abşeron yarımadasında əsən iki əsas küləkdən biridir. Əsasən yay ayları müşahidə edilir. Bununla belə ilin digər mövsümlərində müşahidəsi mümkündür. Qurudan dəniz istiqamətində əsir. Yay ayları əsdikdə havanın tempuraturunu artırır, rütubəti azaldır, insanda tənəffüsü çətinləşdirir. Qış və yaz ayları havanın temperaturunu mülayimləşdirir.
Gilavar sözünün etimologiyası Azərbaycanın şərqində danışılan Talış dili ilə bağlıdır. Bu söz Talış dilindəki qılə (qaynar) və vo (külək) sözlərinin birləşməsindən yaranmışdır.Soltanov, A. K. (2013). Tati-Türki, Türki-Tati lüğət. Bakı. s. 211.
İstinadlar Kateqoriya:Küləklər Kateqoriya:Bakı coğrafiyası