Elmixan Məmmədov (9 yanvar 1994-cü ildə Tovuzda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. O, bir müddət Azərbaycan U-17 milli futbol komandasında çıxış etmişdir.

Bioqrafiyası Elmixan Məmmədov 1994-cü ildə Tovuz şəhərində anadan olmuşdur. O, Turan Tovuz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur.

Klub karyerası Elmixan Məmmədov öz peşəkar futbolçu karyerasına 2010-cu ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda başlamışdır. O, Tovuz təmsilçisi ilə birlikdə Premyer Liqada üç mövsüm iştirak etdi. 2013–14 mövsümünün sonunda toplanılan xallar əsasında klub Birinci Diviziona endi, lakin digərlərindən fərqli olaraq, Elmixan klubu tərk etmədi.

Çempionat Mövsümlər üzrə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: № Mövsüm Klub Liqa Oyun Qol Ehtiyatda 1 2010 / 2011 "Turan" Premyer Liqa 1 0 1 2 2011 / 2012 "Turan" Premyer Liqa 1 0 1 3 2012 / 2013 "Turan" Premyer Liqa 2 0 8 4 2013 / 2014 "Turan" Birinci Divizion 0 0 0 5 2014 / 2015 "Turan" Birinci Divizion 0 0 0

Кубок Mövsümlər üzrə Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir:Azerbaïdjan " Kubok 2011/2012 " Tous les gagnants triés par Nom ou noms " 201–250 № Mövsüm Klub Oyun Ehtiyatda Qol 1 2011 / 2012 "Turan" 1 0 0

Milli karyerası 2010-cu ildə Elmixan Azərbaycan U-17 millisi ilə Moldova Futbol Federasiyası Kuboku turnirində iştirak etmək üçün milliyə dəvət almışdır.Azerbaijan's youth squad for Moldovan tournament Azerbaijani U-17 to compete in International Soccer Tournament in Moldova

İstinadlar

Xarici keçidlər Профиль игрока на сайте footballdatabase.eu

Tarixçə Футболист Elmikhan Mammadov

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları