Həmdullah Sübhi Tanrıövər () — Türk ədəbiyyatçı, yazar, pedaqoq, millət vəkili, siyasətçi.
Həyatı "Türk Ocaqları"na uzun müddət başçılıq edib, Antalya millət vəkili olub. Mətbuat və İstihbarat Ümumi Müdirliyi və Milli Təhsil naziri vəzifələrində çalışıb, Türkiyənin Rumıniyada Böyükelçisi olub. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətləri olub.
Fəaliyyəti Həmdullah Sübhi bəy Ocaq qurulduğu zaman Tibbiyyəli tələbələrin Müvəqqəti İdarə Heyəti üzvlüyünə namizəd göstərdiyi 20 nəfərlik siyahıya daxil idi; lakin o zamanlar (1911) Həmdullah bəyi lazımi səviyyədə tanıyanlar az olduğundan Müvəqqəti İdarə Heyəti üzvlüyünə seçilə bilməmişdi. Ocaq qurulub, Divan Yolunun Mərcan ağa məscidinə yaxın hissəsində özünəməxsus bir neçə otaq da təmin etdikdən sonra Həmdullah bəy öz ifadəsinə görə, Akçuraoğlu Yusufun vasitəsilə 25 yanvar 1328-ci ildə (1912) 776-cı nömrə ilə Ocağa üzv yazıldıqdan sonra, çox tez gerçək yerinə yüksəldi; yəni idarə heyəti başqanı oldu. Həmdullah bəyin Ocağa alındığı zaman idarə heyətində başkan Əhməd Fərid bəy, ikinci başqan Akçuraoğlu Yusuf idi. Ümumi katib bu gün Bükrəş elçisi olan Hüseyn Rağib bəydi.
Həmdullah bəyin ocağa girməsini təqibən toplanan qurultayın seçimində başkanlığa Həmdullah Sübhi bəy keçdi, ikinci başkanlıqda yenə Akçuraoğlu Yusuf qaldı.
Həmdullah bəy, Ankarada Mərkəz Heyəti binasının təməl daşı qoyularkən (21 mart, 1927) söylədiyi qüvvətli və gözəl nitqində ilk daxil olduğu zaman "Türk ocağı" binasının halını belə təsvir etmişdir:
İstinadlar
Kateqoriya:TBMM I çağırış deputatları Kateqoriya:TBMM II çağırış deputatları Kateqoriya:TBMM III çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:TBMM VIII çağırış deputatları Kateqoriya:TBMM IX çağırış deputatları Kateqoriya:TBMM X çağırış deputatları Kateqoriya:Türkiyə şairləri Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyənin milli təhsil nazirləri Kateqoriya:İstanbul Universitetinin müəllimləri Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:İstanbul ilinin deputatları