Con Presper Ekkert () — amerikalı mütəxəssis, ENIAC elektron hesablama maşınının yaradıcılarından biri.
ENIAC adlı ilk universal elektron hesablama maşınının yaradıcılarından biri, amerikalı mütəxəssis Con Presper Ekkert (John Presper Eckert) 9 aprel 1919-cu ildə anadan olmuşdur. O, həm də ABŞ-də ilk satış məqsədilə yaradılmış UNIVAC kompüterinin müəlliflərindən biridir. Ekkert bu kompüterin layihələndirilməsi işlərinə həmkarı Con Mouçli (John William Mauchly) ilə birgə əsasını qoyduğu "Eckert-Mauchly Computer Corporation" şirkətində başlamışdır.
İstinadlar
Ədəbiyyat Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Kateqoriya:İnformatiklər Kateqoriya:ABŞ iş adamları Kateqoriya:ABŞ alimləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Kompüter mühəndisləri