Yəhərbağlı dağı – Culfa və Ordubad rayonları sərhədində dağ (hünd. 1929,4 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolundan cənub-qərbə ayrılan eyniadlı şaxənin suayırıcısında zirvə. Şurut kəndindən 4,0 km şimal-şimal-şərqdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ortakənd sinklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.

YARPAQLI-Əhali arasında işlənən digər adı.

Həmçinin bax Qapıcıq dağı Maparax Elti dağı İlandağ

İstinadlar

Kateqoriya:Culfa rayonunun dağları