Hypsosinga albovittata - Avropa, Şimali Afrika, Rusiya, Ukraynada yayılan bir hörümçək növüdür.

Tarixçə İlk dəfə 1851-ci ildə isveçli araxnoloq Nikolay Uestrinq tərəfindən Singa albovittata adı ilə təsvir edilən növ 1968-ci ildə Azeqanova tərəfindən Hypsosinga albovittata adı ilə yenidən adlandırılmışdır.

Yaşayış mühiti Britaniyada əsasən kolluqlarda Calluna vulgaris kolu üzərində rast gəlinir və bəzən otlaqlarda rast gəlinir. Hördüyü tor döşəmədən 20 sm yüksəklikdədir. Hər iki cinsin yetkinlərinə yaz sonu ilə yay əvvəlində rast gəlinir.

Yayılması Avropa, Şimali Afrika, Rusiya, Ukraynada yayılıblar. Qərbi və Orta Avropada çox rast gəlinir. Britaniyada daha çox cənubda lokal olaraq tapılır və şimalda da nisbətən daha az olaraq rast gəlinir.

İstinadlar

Xarici əlaqələr http://kazimcapaci.com/orumcek_araneidae.htm araneae.unibe.ch Kateqoriya:Buğumayaqlılar Kateqoriya:Hörümçəklər