Aleksey Andreyeviç Lyapunov (; ) — görkəmli sovet riyaziyyatçısı, kibernetikanın banilərindən biri, SSRİ EA-nın müxbir üzvü.

Həyatı Aleksey Andreyeviç Lyapunov 8 oktyabr 1911-ci ildə Moskva şəhərində anadan olmuşdur.

Fəaliyyəti Elmi fəaliyyəti Aleksey Andreyeviç Lyapunovun əsas elmi fəaliyyəti çoxluqlar nəzəriyyəsi, riyazi linqvistika, proqramlaşdırmanın nəzəri sualları və riyazi biologiya sahələrində olmuşdur. 1996-cı ildə Lyapunov "Kompüter texnikası pioneri" (Computer pioneer) medalı ilə təltif edilmişdir.

Ədəbiyyat Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

İstinadlar

Kateqoriya:Süni intellekt tədqiqatçıları Kateqoriya:SSRİ riyaziyyatçıları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları