Hicran Kərimli (tam adı: Kərimli Hicran Vasif oğlu) — Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı"Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az .

Həyatı Ordubad Konserv Zavodunun baş iqtisadçısı vəzifəsində işləmişdir.

1995-ci ildən 1998-ci ilə kimi Belarusda yaşamış, daha sonra isə Rusiyaya köçmüşdü.

Parlamentdə Hicran Kərimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən – 339 nömrəli Ordubad seçki dairəsindən deputat seçilmişdir.

O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycanlı iqtisadçılar