Mahlon Lumis (; ) — yer atmosferində yüklü təbəqələrin olması ideyasına əsaslanaraq simsiz rabitə və elektrik enerjisi istehsal edən sistem təklif etməklə tanınan amerikalı diş həkimi və ixtiraçı.
Həyatı Mahlon Lumis 26 iyul 1826-cı ildə Amerikanın Nyu-York şəhərində anadan olmuşdur.
Fəaliyyəti Mahlon Lumis simsiz teleqrafiyanın ilk tədqiqatçılarından biridir. Lumis 1872-ci ildə naqilsiz əlaqə üçün dünyada ilk patenti almışdır. Təəssüflər olsun ki, onun aparatlarının çertyojları günümüzə qədər saxlanmayıb.
İstinadlar
Ədəbiyyat Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:21 iyulda doğulanlar Kateqoriya:1826-cı ildə doğulanlar Kateqoriya:13 oktyabrda vəfat edənlər Kateqoriya:1886-cı ildə vəfat edənlər