Big Three – "Böyük üçlük" 1980-ci illərin əvvəllərində bu üçlüyə VisiCorp şirkəti (VisiCalc elektron cədvəl proqramının istehsalçısı), MicroPro şirkəti (WordStar proqramının yaradıcısı) və Ashton-Tate daxil idi. Ashton-Tate- dBASE proqramlar seriyasını hazırlamış şirkətdir. Bir vaxtlar bu şirkət proqram təminatı gəlişdiricilərinin "Böyük Üçlüyünə" (BIG THREE) daxil idi.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Kateqoriya:İnformatika