Naxçıvan Konservatoriyası — (1998, 27 fevral) musiqi sahəsində ali təhsil müəssisəsi.

Tarixi 1998-ci il 27 fevral Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin nəzdində yaradılmışdır .

İxtisasları Fakütə daxili bölmə statusuna malikdir. Konservatoriyada fortepiano, xalq çalğı alətləri, simli alətlər, musiqişünaslıq, ifaçılıq və dirijorluq üzrə ali təhsilli mütəxəssislər hazırlanır. Tədris prosesində ənənəvi Avropa musiqi təhsili sistemi ilə yanaşı, klassik milli musiqi irsinin öyrənilməsinə xüsusi diqqət yetirilir. N. k.-nın ayrıca tədris korpusu, musiqi kabineti, konsert salonu var. Konservatoriyanın müdavimləri Azərbaycanda və Türkiyədə konsert proqramları ilə çıxış etmişlər

Həmçinin bax Naxçıvan Dövlət Universiteti

İstinadlar

Kateqoriya:Azərbaycan konservatoriyaları Kateqoriya:Naxçıvan Dövlət Universiteti