Sebastian Rudi (28 fevral 1990-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Bayern Münhen klubunda və Almaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar alman futbolçusu.
Klub karyerası Rudi 2003-cü ildə Ştutqart klubunun gənclər akademiyasına qəbul olmuşdur. O, peşəkar karyerasına 2007-ci ildə klubun reserv komandası ilə yarıpeşəkar liqa sayılan Regionalliqa Süd liqasında başlamışdır. O, peşəkar karyerasında debütünü 2 avqust 2008-ci ildə 3. Liqada Yunion Berlin klubuna qarşı oyunda etmişdir.
2008-ci ilin yay fəsli ərzində Rudi Ştutqart klubunun əsas komandası ilə peşəkar müqavilə imzalamışdır. Rudi əsas komanda ilə debütünü 10 avqust 2008-ci ildə Almaniya Kubokunun ilk mərhələsində Hansa Lüneburq klubuna qarşı oyunda etmişdir.
15 yanvar 2017-ci ildə Rudi Bayern Münhen klubu ilə müqavilə imzalamışdır. O, 1 iyul 2017-ci ildə kluba qoşulmuşdur.
Milli karyerası Rudi Almaniya milli futbol komandası ilə debütünü 13 may 2014-cü ildə Polşa millisinə qarşı oyunda etmişdir. Görüş Hamburq şəhərində keçirilmişdir.
Karyera statistikası
KlubMövsümLiqaKubokKontinentalDigərÜmumiLiqaOyunQolOyunQolOyunQolOyunQolOyunQolŞtutqart II2007–08Regionalliqa Süd154—1542008–093. Liqa1671672009–106161Ümumi3712—3712—Ştutqart2008–09Bundesliqa201020—502009–1013020612112010–1100102131Ümumi15040102—292—1899 Hoffenhaym2010–11Bundesliga32130——3512011–12280102902012–1323010202602013–1427230—3022014–15294403342015–16242102522016–1732221343Ümumi19511151—2021212—Ümumi karyera247231911022027826—
Uğurları
Milli komanda Almaniya FİFA Konfederasiyalar Kuboku: 2017 FİFA U-17 Dünya Kuboku: Üçüncü yer 2007
Fərdi Fritz Valter Medalı: U18 Gümüş Medal 2008
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Ştutqart FK futbolçuları Kateqoriya:Hoffenhaym FK futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Şalke 04 FK futbolçuları Kateqoriya:Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Almaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:2017 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri