Larisa Karlova (d. 7 avqust 1958; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Larisa Karlova, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal, 1988 Seul Olimpiadasında isə bürünc medal qazanıb. Larisa Karlova həm də Dünya Çempionatlarında 2 qızıl və 1 gümüş medala sahib olub.
Karyerası Larisa Karlova, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Larisa Karlova növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Larisa Karlova sonuncu, üçüncü dəfə Olimpiya Oyunlarına, 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, Norveç yığması ilə 19:19 hesablı bərabərə qaldı və XXIV Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
İstinadlar
Kateqoriya:1976 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:1976 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:1980 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:1980 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1988 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:1988 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya bürünc medalına sahib SSRİ idmançıları Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Kiyevdə doğulanlar Kateqoriya:1988 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Ukrayna idmançıları Kateqoriya:Olimpiya bürünc medalına sahib Ukrayna idmançıları